İdman 12.05.2019 11:40

Paralimpiya federasiyaları memorandum imzaladı

Mayın 11-də Bakıda Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

Rakus.az xəbər verir ki, Memorandumu MPK-nın prezidenti İlqar Rəhimov və Federasiyanın prezidenti Sandro Di Cirolamo imzalayıblar.

Memorandum hər iki qurum arasında əməkdaşlığın müxtəlif sahələrini, o cümlədən təcrübə mübadiləsini, həmçinin paralimpiya idmanı və inteqrasiya sahələrində təlim və seminarların təşkilini nəzərdə tutur.

AMPK-nın fəaliyyəti barədə qonaqlara məlumat verən İ.Rəhimov qeyd edib ki, ölkəmizdə inklüziv idmanın inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. Yaxın günlərdə Azərbaycan paracüdo üzrə beynəlxalq Qran-Priyə ev sahibliyi edəcək. Biz turniri təkcə yarış kimi deyil, idman bayramı kimi təşkil etmək istəyirik. Əlillər ancaq tatami üzərində çıxış etməyəcəklər. Biz onları yarışın təşkilati işlərinə, könüllülük fəaliyyətinə və açılış mərasiminə cəlb etmişik.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan AMPK prezidenti deyib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Bakıda 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında, iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar da iştirak ediblər. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür.

Sandro Di Cirolamo Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Qonaq bildirib ki, paracüdo üzrə beynəlxalq Qran-Prinin Azərbaycanda təşkili mühüm hadisədir. Azərbaycanın güclü idman ənənələrinə malik ölkə olduğunu vurğulayan qonaq Qran-Prinin yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.

Əməkdaşlığın əhəmiyyətindən danışan Sandro Di Cirolama qolbol üzrə Azərbaycan millisini oktyabrda İtaliyada keçiriləcək Avropa çempionatına dəvət edib.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO