Müsahibə 03.09.2024 18:21

“Türkiyədə Qərbi Azərbaycan icmasının fəaliyyətinin işıqlandırılması vacibdir” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Türkiyədə fəaliyyət göstərən jurnalist Nigar İbrahimova olub.

O, Türkiyə-Azərbaycan, eləcə də Ankara- İrəvan münasibətlərindən danışıb, indiki Ermənistanın qədim oğuz-türk yurdu olan, coğrafi-siyasi əhəmiyyəti böyük olan Qərbi Azərbaycan torpaqları əsasında qurulduğunu  bildirib: “Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq hər gün güclənir. Türkiyə ilə Ermənistan arasında münasibətlər isə tədricən bərpa olunur. Azərbaycanın qələbəsindən sonra Ermənistan başa düşür ki, qonşuları ilə normal münasibətlər qurmalıdır. Sovet Ermənistanında yaşayan azərbaycanlılar üçün çoxlu problemlər yaradılıb”.

Onun sözlərinə görə, dayısı Maksim Musayev və babası Talıb Musayev Göyçə mahalının Basarkeçər rayonunun tanınmış şəxsiyyətlərindən, ziyalılarından olub: “Ölüm təhlükəsi ictimai-siyasi dövlət xadimi, Basarkeçər (Vardenis) rayonu partiya komitəsinin birinci katibi işləmiş Talıb Musayevin azərbaycanlıların deportasiyasına müqavimət göstərmək cəhdlərini dayandıra bilmədi. O həmişə mübarizliyini göstərdi”.

N.İbrahimova bu gün Qərbi Azərbaycana qayıdış məsələsinin gündəmdə olduğunu, bu məqsədlə yaradılan Qərbi Azərbaycan İcmasının Türkiyədə fəaliyyətinin işıqlandırılmasının vacib olduğunu söyləyib: “Türkiyədə yaşayan ermənilər çox gözəl bilirlər ki, yaşadıqları torpaqlar türklərə və azərbaycanlılara məxsusdur. Ermənilər zaman-zaman azərbaycanlıları pərən-pərən salıb, bizə məxsus  toponimləri məhv edib, mədəniyyətimizə sahib çıxmağa çalışıblar. Ona görə də erməni saxtakarlığı ilə bağlı Türkiyədə təbliğat işləri daim aparılmalıdır. Qərbi azərbaycanlıların Vətənə, doğma yurda qayıdışı mütləq baş verəcək. Əminəm ki, ikinci tarixi qələbəmiz Vətənimizə qayıtmaq olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə sentyabrın 3-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

xxx

«Важно освещение деятельности Общины Западного Азербайджана в Турции»

 Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван стала журналистка, работающая в Турции, Нигяр Ибрагимова.

Она рассказала о турецко-азербайджанских отношениях, а также об отношениях Анкары и Иревана и отметила, что сегодняшняя Армения построена на древних огузско-тюркских землях Западного Азербайджана, имеющего большое географическое и политическое значение. «Сотрудничество Турции с Азербайджаном укрепляется с каждым днем. Отношения между Турцией и Арменией постепенно восстанавливаются. После победы Азербайджана Армения понимает, что должна наладить нормальные отношения со своими соседями. Для азербайджанцев, проживающих в Советской Армении, было создано много проблем».

По ее словам, ее дядя Максим Мусаев и дед Талыб Мусаев были известными личностями и являлись представителями интеллигенции Басаркечарского района Гейчинского махала: «Угроза убийством не остановила попытки Талыба Мусаева противостоять депортации азербайджанцев. На тот момент он работал общественно-политическим государственным деятелем, первым секретарем Басаркечарского (Варденисского) райкома партии, и всегда вел борьбу».

Н.Ибрагимова отметила, что вопрос возвращения в Западный Азербайджан сегодня стоит на повестке дня, и важно отметить деятельность общины Западного Азербайджана в Турции, созданной с этой целью: “Армяне, живущие в Турции, очень хорошо знают, что земли, на которых они живут, принадлежат туркам и азербайджанцам. Армяне время от времени рассеяли азербайджанцев, уничтожали принадлежащие нам топонимы и пытались присвоить наше культурное наследие. Именно поэтому в Турции необходимо постоянно вести пропагандистскую работу относительно армянских фальсификаций. Возвращение западных азербайджанцев на родину обязательно произойдет. Я уверена, что нашей второй исторической победой станет возвращение на Родину!»

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 3 сентября в 19:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 03.09.2024 18:21
“Türkiyədə Qərbi Azərbaycan icmasının fəaliyyətinin işıqlandırılması vacibdir” - VİDEO
Elm və təhsil, Mədəni / 03.09.2024 14:07
“Tava Təpə” – böyük türk mədəniyyətinin izləri” – ANONS
Müsahibə, Mədəni / 03.09.2024 13:14
Türkiyə-Ermənistan münasibətləri bərpa olunur – ANONS
Müsahibə, Video müsahibə / 02.09.2024 22:00
“İrəvana aid xəritəni Moskva arxivindən gətirmək istəyirəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.08.2024 21:04
“1988-ci il iyununda 3 kənd sakinini yolda faciəli sürətdə öldürdülər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 30.08.2024 13:56
“Babamgil 1915-ci il qırğınında Qarsa qaçıb” – Valeh Novruzovun “Həyat Hekayəsi” - VİDEO
Siyasi / 30.08.2024 12:37
Naqif Həmzəyevin seçicilərlə növbəti görüşü - FOTO
Siyasi / 30.08.2024 09:56
Rizvan Nəbiyev: “Onların təkcə səsinə deyil, xeyir-duasına da ehtiyacımız var” - FOTO
Siyasi, Təhlil / 29.08.2024 22:49
Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın sirləri açılır – İrəvan hansı sənədə imza atıb? - VİDEO
Hərbi / 29.08.2024 19:29
Döyüş yoldaşlarını əsir düşməkdən xilas edən Qəhrəman - FOTO - VİDEO
Siyasi / 29.08.2024 19:22
Mingəçevirdə Əfqanıstan və Qarabağ müharibəsi əlilləri öz namizədinə səs verəcək
Siyasi, Sosial / 29.08.2024 17:39
Yeni dövrə layiqli namizədlə
Siyasi / 29.08.2024 14:31
“Elmi, diplomatik və ictimai fəaliyyətimiz yalnız dövlətimizə və xalqımıza xidmət üçündür” – Rizvan Nəbiyev - FOTO
Siyasi, Təhlil / 29.08.2024 13:43
Moskva Zəngəzurla bağlı sirləri açır – ANONS - VİDEO
Siyasi, Sosial / 28.08.2024 22:08
Ağbulaq toponimləri və hidronimləri – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi / 28.08.2024 19:05
Əli Hüseynli Mingəçevirdə gənc seçicilərlə görüşüb - FOTO
Siyasi / 28.08.2024 18:59
Rizvan Nəbiyev: “Abşeronlu gənclərin xaricdə təhsil almasına nail olmalıyıq” - FOTO
Siyasi / 28.08.2024 16:00
Rayon seçiciləri: “Bizim seçim Tamam Cəfərovadır” - FOTO
Siyasi / 28.08.2024 14:56
Erməni Prezidentin adını dəyişdirdiyi kənd – ANONS - VİDEO
Elm və təhsil, Sosial / 27.08.2024 22:23
“Ermənilər Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırıb” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 27.08.2024 19:00
“Ermənistan başa düşməlidir ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” - VİDEO
Elm və təhsil, Maraqlı / 27.08.2024 14:18
Ermənilər Qərbi Azərbaycanı “qazır” – ANONS - VİDEO
Müsahibə / 27.08.2024 13:29
Sülh müqaviləsi İrəvana nə vəd edir? – ANONS - VİDEO
Siyasi / 27.08.2024 12:35
Rizvan Nəbiyev: “Şagird-millət vəkili dialoqu müsbət nəticələr verə bilər” - FOTO
Siyasi / 27.08.2024 12:20
Naqif Həmzəyev Yeni Gəncə yaşayış massivində seçicilərlə görüşüb – YENİLƏNİB - FOTO
Gündəm / 27.08.2024 11:40
Qərbi Azərbaycan İcması AŞPA ilə bağlı BƏYANAT yayıb