İdman 15.09.2024 23:20

“Göyçə”nin çətinliklə qalib gəlib, 1-ci tur başa çatıb

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə bu gün, sentyabrın 15-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində 1-ci turun 4-cü, sonuncu oyunu keçirilib.

Rakus.az xəbər verir ki, D qrupu üzrə sahəyə “Göyçə” “Nərimanlı” ilə üz-üzə gəlib. Birincilər daha yaxşı oyun nümayiş etdirərək 6:4 hesabı ilə qələbə qazanıblar.

Komandaların heyətləri belə olub:

“Göyçə” – Güvən Məmmədov, Əkbər Hüseynli, Elcan Cabbarlı, Oruc Məmmədov, Rəvan Alışov, Aslan Bağırov, Seymur Usanov, Yaşar Abbas, İlkin Babayev, Əbülfət Abbasov, Pərviz Həsənov, Anar Qasımov.

“Nərimanlı” – Qurbanov Tural, Cabbarov Vüsal, Zeynalov Anar, Musayev Sahil, Məcidov Mirhüseyn, Əmirov Samir, Əmirov Renat, Musayev Bayram, Abbasov Səməndər, Abdullayev Çingiz, Heydərli Vaqif, Abdullayev Abbas, Cabbarov Ramin.

Bakı Tennis Akademiyası

15 sentyabr

D qrupu

20:00

“Göyçə” – “Nərimanlı” – 6:

Qollar: Pərviz Həsənov (3), Güvən Məmmədov (2) – (“Göyçə”) avtoqol 1.

Samir Əmirov (4) – (“Nərimanlı”)

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimovSirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.

“Mister Tum”, “Sultan keramik” və “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verir. Bu il turnirdə 10-12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olacaq, sentyabrın 14-də başlayıb oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS