İdman 21.09.2024 10:09

“Turan”-“Report”, “Baku Ws”-“Qoşabulaq” – yaşıl meydanı kimlər gülərək tərk edəcək?

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə bu gün, sentyabrın 21-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində 2-ci turun qruplar üzrə oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, A və D qrupu üzrə iki qarşılaşma olacaq.

İlk olaraq saat 19:00-da “Turan” ilə “Report” güclərini sınayacaq.

Bu oyun “Report” üçün turnirə davam və tamam matçı olacaq. Qrupda ilk oyunda məğlub olan media təmsilçisi aktivinə 3 xal yazdırmaq üçün sahədən qalib ayrılmaq istəyir. “Turan” isə qrupda birinci görüşünü keçirəcək.

Komandaların heyətləri belədir:

“Turan” – Mirishaq Səfərov, Məlikov Fuad, Abdullayev Zöhrab, Mətin Almammədli, Həsənli Rauf, Axundzadə Sadiq, Mirzəyev Turan, Xudiyev Seymur, Ocaqverdiyev Sənan, Qasımov Orxan, Ağazadə Rahid, Aslan İsmayılov.

“Report” – Təbriz Quliyev, Azər Nuriyev, Kənan Həsənov, Məhəmməd Ağayev, Səbuhi Həsənov, Ehtiram Cəbiyev, Səlcuq Elçin, Tuncay Türbəndəzadə, Hidayət Qurbanov, Elvin Camalov, Cavid Osmanov, Mirmahmud Kazımoğlu, Murad Əliyev.

Bu oyunun ardından saat  20:00-da “Baku Ws” ilə “Qoşabulaq” qarşılaşacaq.

Hər iki kamandanı yaşıl meydanı gülərək tərk etməsi üçün gərgin mübarizə gözləyir. “Qoşabulaq” ilk görüşündə məğlub olub, “Baku Ws” isə tamaşaçılar qarşısına ilk dəfə çıxacaq.

Komandaların heyətləri belədir:

“Baku Ws” – Orxan Hüseynov, Şahin İsmayılov, Emin Abdullayev, Elnar Almazov, Elçin Qasımov, Şahin Həbibov, Elmar Əsədov, Orxan Hüseynov, Azad Əliyev.

“Qoşabulaq” – Hidayət Xudiyev, Məcnun Məmmədov, Elməddin Əhmədov, Xəlil Əlilli, Xaliq Musayev, Elgün Yusibov, Bəxtiyar Əliyev, Xıdır Yusibov, Anar Verdiyev, Adil Alıyev, İlqar Xələfli, Əfqan Əliyev, Tahir Ələsgərov.

 OYUNLARIN CƏDVƏLİ

21 sentyabr

II tur

A qrupu

19:00 “Turan” – “Report”

B qrupu

20:00 BakuWS- “Qoşabulaq”

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.

“Mister Tum”, “Sultan keramik” və “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verir. Bu il turnirdə 10-12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olacaq, sentyabrın 14-də başlayıb oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

XƏBƏR LENTİ
İdman / 21.09.2024 10:09
“Turan”-“Report”, “Baku Ws”-“Qoşabulaq” – yaşıl meydanı kimlər gülərək tərk edəcək?
Elm və təhsil, Siyasi / 20.09.2024 21:41
“Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” - FOTO - VİDEO
Elm və təhsil / 20.09.2024 20:12
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib
Elm və təhsil, Siyasi / 20.09.2024 13:07
İtirilmiş yurdun xatirələri – Mirfaiq Mirheydərlinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 20.09.2024 10:03
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Gündəm / 20.09.2024 09:08
İlham Əliyevin Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımı
Gündəm / 20.09.2024 09:01
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
İqtisadi / 20.09.2024 08:00
Azərbaycan Neftçilər Gününü qeyd edir
Gündəm / 20.09.2024 00:02
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Təhlil / 19.09.2024 22:00
“Rəsmi Bakı bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq” - FOTO - VİDEO
İdman / 19.09.2024 14:15
Xatirə turniri ilə bağlı telekanal və saytların YAZI VƏ SÜJETLƏRİ - VİDEO
Təhlil / 19.09.2024 13:41
Qərbi Zəngəzurda “müharibə” – ANONS - VİDEO
İdman / 19.09.2024 10:02
Turnirin ilk həftəsinin yaddaqalan məqamları - FOTO
Elm və təhsil, Siyasi / 18.09.2024 21:50
Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi, Ağdağ və Ağdan – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 18.09.2024 14:23
Ermənilərin “ad dəyişmə terroru” – ANONS - VİDEO
İdman / 18.09.2024 12:37
İlk həftə oyunlarının XÜLASƏSİ
İdman / 18.09.2024 11:49
İlk oyunların mənzərəsi: epizodlar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Elm və təhsil / 17.09.2024 22:56
Erməni məkri və bizim biganəliyimiz ilə “yaranan” Tiqranakert - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 17.09.2024 19:30
“Gəncəsar monastırının bütün yazıları və təsvirlərinin kataloqu məhv edilib - FOTO - VİDEO
Təhlil / 17.09.2024 16:58
İrəvanın Rusiya səhvi – mayası batan ABŞ – TƏHLİL
Elm və təhsil / 17.09.2024 14:37
Ermənilərin “Tiqranakert oyunbazlığı” – ANONS - VİDEO
Müsahibə, Siyasi / 17.09.2024 13:28
“Ermənilər hər yerdə məbədlərə etinasız yanaşır” – ANONS - VİDEO
Müsahibə / 16.09.2024 23:20
“Soydaşlarımızın problemi beynəlxalq aləmə çatdırılmalıdır” - VİDEO
Elm və təhsil / 16.09.2024 12:49
Atasına valideyn statusu qazandıran Burlaxatunun ilk məktəb günlüyü - FOTO
İdman / 15.09.2024 23:20
“Göyçə”nin çətinliklə qalib gəlib, 1-ci tur başa çatıb
İdman / 15.09.2024 20:30
“Ardanış” 3 xalı aktivinə yazdırıb - FOTO