Siyasi 22.03.2019 11:00

Ekvadorla məktub mübadiləsi aparıldı

Xarici işlər naziri Elmar Məmmədyarov və Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Rakus.az xəbər verir ki, bu barədə XİN-dən məlumat alınıb.

Xarici işlər naziri Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə öz həmkarı Xose Samuel Valesia Amoresi təbrik edib.

Məktubda E.Məmmədyarov dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib.

Nazir E.Məmmədyarov tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsbit olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə Ekvadorun dəyərli dəstəyini vurğulayıb.

Sonda nazir hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores xarici işlər naziri E.Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib.

Daha sonra Ekvador xarici işlər naziri Xose Samuel Valesia Amores Azərbaycan höküməti və xalqına ən xoş arzularını çatdırıb.

Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 22 mart 2004-cü ildə qurulub.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS