Elm və təhsil 21.09.2024 22:32

“Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycanda fərqli qız bəyənmə mərasimi” adlı buraxılışda filalogiya üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Naxçıvan bölməsinin Folklor şöbəsinin müdiri, Qərbi Azərbaycan İcması Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova atəd-ənənələrdən və bayram mərasimlərindən söz açıb.

O bildirib ki, Qərbi Azərbaycan sakinləri məskunlaşdıqları ərazilərdə tarixən öz adətlərini yaşadırlar: “Bu məkanda fərqli qız bəyənmə, həmçinin ananın öz övladını qucağına almaq mərasimləri olub. Əsilli yerdən alınan qıza hörmət daha çox idi. Oğlan toyunda qırmızı və yaşıl rəngdə kəlağayı xələt verilirdi. Yallı, halaylar bu məqsədlə ifa olunurdu. Qadınlar hamam mərasimi qurub, “Nargilə” oxuyurdular”.

Onun sözlərinə görə, Haxıştaların əsas məqsədi oğlan evi ilə qız evinin deyişməsi idi: “Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub. Toy günü bəy damdan gəlinin başına alma ilə vururdu. Gəlin vurulan almanın zərbəsinə dözməli idi. Toyda şax bəzəmə qədim Türk inancındakı “Həyat ağacı” simvolu ilə bağlıdır”.

A.Cəfərova qədim Türk inancında günlərin öz rəmzi mənası olduğunu, adına axşamı ölənlərin ruhu azad olub, evlərinə gəldiyini də diqqətə çatdırıb.

Dosent sonda Naxçıvanda yaşayan Qərbi Azərbaycan sakinlərinin obalarına qayıtmaq istəklərini bildirib, qıza elçi həftənin hansı günündə getməyin, suya girməyin xeyirli olduğunu açıqlayıb, Buğakar pirində 40 gün yaşamağın mənasına, eləcə də əsilli yerdən qız almaq adətinə aydınlıq gətirib.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 21.09.2024 22:32
“Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub” - FOTO - VİDEO
Elm və təhsil / 21.09.2024 14:30
Haxışta mərasimi nədir – ANONS - VİDEO
İdman / 21.09.2024 10:09
“Turan”-“Report”, “Baku Ws”-“Qoşabulaq” – yaşıl meydanı kimlər gülərək tərk edəcək?
Elm və təhsil, Siyasi / 20.09.2024 21:41
“Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” - FOTO - VİDEO
Elm və təhsil / 20.09.2024 20:12
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib
Elm və təhsil, Siyasi / 20.09.2024 13:07
İtirilmiş yurdun xatirələri – Mirfaiq Mirheydərlinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 20.09.2024 10:03
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Gündəm / 20.09.2024 09:08
İlham Əliyevin Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımı
Gündəm / 20.09.2024 09:01
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
İqtisadi / 20.09.2024 08:00
Azərbaycan Neftçilər Gününü qeyd edir
Gündəm / 20.09.2024 00:02
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Təhlil / 19.09.2024 22:00
“Rəsmi Bakı bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq” - FOTO - VİDEO
İdman / 19.09.2024 14:15
Xatirə turniri ilə bağlı telekanal və saytların YAZI VƏ SÜJETLƏRİ - VİDEO
Təhlil / 19.09.2024 13:41
Qərbi Zəngəzurda “müharibə” – ANONS - VİDEO
İdman / 19.09.2024 10:02
Turnirin ilk həftəsinin yaddaqalan məqamları - FOTO
Elm və təhsil, Siyasi / 18.09.2024 21:50
Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi, Ağdağ və Ağdan – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 18.09.2024 14:23
Ermənilərin “ad dəyişmə terroru” – ANONS - VİDEO
İdman / 18.09.2024 12:37
İlk həftə oyunlarının XÜLASƏSİ
İdman / 18.09.2024 11:49
İlk oyunların mənzərəsi: epizodlar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Elm və təhsil / 17.09.2024 22:56
Erməni məkri və bizim biganəliyimiz ilə “yaranan” Tiqranakert - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 17.09.2024 19:30
“Gəncəsar monastırının bütün yazıları və təsvirlərinin kataloqu məhv edilib - FOTO - VİDEO
Təhlil / 17.09.2024 16:58
İrəvanın Rusiya səhvi – mayası batan ABŞ – TƏHLİL
Elm və təhsil / 17.09.2024 14:37
Ermənilərin “Tiqranakert oyunbazlığı” – ANONS - VİDEO
Müsahibə, Siyasi / 17.09.2024 13:28
“Ermənilər hər yerdə məbədlərə etinasız yanaşır” – ANONS - VİDEO
Müsahibə / 16.09.2024 23:20
“Soydaşlarımızın problemi beynəlxalq aləmə çatdırılmalıdır” - VİDEO
Elm və təhsil / 16.09.2024 12:49
Atasına valideyn statusu qazandıran Burlaxatunun ilk məktəb günlüyü - FOTO