Elm və təhsil 25.10.2024 22:35

“Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin Aərbaycan və rus dillərində növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər üzümüzə gülürdülər, amma daxildə bizə nifrət bəsləyirdilər” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kənd sakini Zəkiyyə Kərimovanın həyat hekayəsinə həsr olunub.

 

O, 1959-cu ildə Göyçə mahalının füsunkar guşəsi olan Ardanış kəndində dünyaya göz açdığını, kənd məktəbinin ən seçilən şagirdlərindən olduğunu, atasının uzun illər məktəb direktoru və kolxoz sədri işlədiyini deyib: “Biz 5 uşaq – 2 bacı, 3 qardaş böyümüşük. Atam bizim təhsilimizə xüsusi diqqət yetirirdi. O, Bakı Ali Partiya Məktəbində oxuyarkən bizə həmişə məktub yazardı ki, “Bulaq” verilişinə qulaq asaq. Çünki oradan mənəvi qida alırdıq”.

 

Ardanış kəndinin gözəl təbiəti, bulaqları və məhəllələri haqqında danışan Z.Kərimova xüsusilə Nazlı bulağına olan sevgisini dilə gətirib: “Nazlı bulağa getmək üçün ürəyim gedərdi. Şirin bulaq, Dərin bulaq var idi. Kəndin dörd əsas məhəlləsi – Aşağı məhəllə, Çal məhəlləsi, Çəlvəri məhəlləsi və Çənə məhəlləsi var idi. Ardanışın hər fəsli gözəl idi. Payız məhsul yığımı vaxtı olduğundan hamı zəhmətə qatlaşardı. Qış aylarında isə məktəbin həyətində uşaqlarla sürüşərdik, dünyanın ən xoşbəxt günlərini yaşayardıq. Yazda-yayda isə Göyçəyə hər yerdən qonaqlar gələrdi. Hamımız dəniz qırağına üz tutardıq. Sentyabrda isə Böyük meşəyə gedib nərgiz gülləri yığmaq ən böyük sevincimiz idi”.

Onun sözlərinə görə, bu xoşbəxtlik uzun sürməyib və 1988-ci ildə erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən  ailəsi Bakıya pənah gətirib: “Nəhayət, rrməni vandalizmi başını qaldırdı. Aşıqlarımızı, el ağsaqqallarımızı vəhşicəsinə qətlə yetirdilər. Qoca nənəm həmişə deyərdi ki, ermənilərə etibar etməyin, onların içində bizə nifrət var. 1988-in soyuq qış günündə minlərlə soydaşımız kimi biz də doğma yurdu tərk etməli olduq, Bakıya pənah gətirdik. O illərdə çox əziyyətlər çəkdik. Qaçqınlıq ağır dərddir. Amma ümidimizi itirmədik”.

Ardanış sakini Vətən həsrətinin çox ağır məhfum olduğunu söyləyib: “Burada nə qədər xoş gündə yaşasan da, Vətən həsrəti səndən əl çəkmir. 1998-də Ulu Öndər Heydər Əliyevin dediyi kimi, yaralarımızı zaman sağaldacaq. Mən inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında biz mütləq doğma yurdumuza – Göyçəmizə, Zəngəzurumuza qayıdacağıq. Göyçənin suyunu, havasını, torpağını yenidən duymaq ən böyük arzumdur. İnşallah, bu arzu tezliklə gerçək olacaq və biz Göyçəmizə gedəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 25-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO