Elm və təhsil
28.10.2024
17:27
Gəncədə “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub - FOTO
Oktyabrın 28-də AMEA-nın Gəncə Bölməsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyasında hazırlanmış “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub.
Rakus.az xəbər verir ki, Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılmış “Qərbi Azərbaycanın Şirin İnciləri” adlı bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların disturların bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Kitabın ön sözü Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyevanındır. Kitab AMEA Gəncə Bölməsinin rəyasət heyyətinin 2 iyul 2024-cü il tarixli 6/7 saylı qərarı ilə nəşr olunub.

Tədbiri AMEA Gəncə Bölməsinin sədri hörmətli akademik Fuad Əliyev açdı, həm acılış, həm yekun nitqində kitabı yüksək dəyərləndirdi onun mahiyyətini və vacibliyini iştirakcilara tam aciqladı. Fuad müəllim burada və digər kitablarda qeyd olunan xörək, şirniyyatların patentləşdirilməsinin, müəllif hüquqlarının alınmasının vaciliyindən danışdı, ermənilər tərəfindən mətbəximizin özününkiləşdirməyin qarşısının alınmasında patent və müəllif hüquqlarının böyük rolu olacağını vurğuladı. Akademik Gəncə süfrəsi ilə bağlı müəlliflərlə yeni bir kitabın hazırlanacağını qeyd etdi. Akademiyada cap olunan kitabları müəliflərə təqdim etdi.
Kitabın müəllifi, Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti. tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslasnov kitabın Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyasında hazırlandığını deyib. O, bu kitabın 2020ci ildə cap olunmuş və dünyanın ən yaxşı kulinariya kitabı elan edilmiş, “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabının davamı olduğunu və hazırda arxiv materrialları əsasında “19 əsr İrəvan Şəhərinin Mətbəxi” kitabının işləndiyini söyləyib.
Lahiyənin rəhbəri və kitabın həmmüəllifi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin kicik elmi işçisi Aynurə Əmiraslanova Qərbi Azərbaycan şirniyyatları ilə Gəncə Şirniyyatları arasındakı bağlılığın, oxşarlığin mahiyyətindən danışıb, onların hər ikisini eyni düşüncə tərzinin məhsulu olduğunu göstərib. Müəllif həm də bu şirniyatların əksəriyyətinin Nizami Gəncəvinin kitablarında əks olduğunu faktlarla nümayiş edib.
Kitabın rəyçisi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri üzrə doktoru Əlimuxtar Muxtarov kitabın elmi mahiyyətini və müəllifin elmi və praktiki gördüyü işləri açıqladı, kitabın Qərbi Azərbaycana gedən yolun bir hissəsi olduğunu vurğulayıb.
AMEA Gəncə Bölməsi Tarix Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova kitbın cox geniş və hərtərəfli elmi təhlilini verib, Azərbaycan elmində kitabın xüsusi yeri olduğunu və böyük rol oynayacağını söyləyib.
Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi fakultəsinin dekanı. texnika üzrə fəlsəfə doktoru, dosent Mehman İsmayılov, Qida Mühəndisliyi və Ekspertiza kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mərdan Tağıyev, həmin kafedranın dosenti, texnika üzrə fəlsəfə doktoru Afət Qasımova, Turizm Sənayəsinin Təşkili kafedrasının baş müəllimi Fizuli Musayev çıxışlarında kitabın texnologiya alimləri və mütəxəssisləri üçün vacibliyini və ali təhsil müəssələrində tədrisdə istifadəsinin əhəmiyyətini acıqlayıblar. Müəlliflərin bütün kitablarının Universitetdə daimi istifadə edidiyini, bu kitablardan ayrıca bir guşə yaradıldığinı söyləyiblər.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Şirniyyatçı ixtisasının müəllimi Fidan Mahmudova peşə təhsili müəssələri ücün tədris prossesində bu kitabın böyük əhəmiyyəti olacağindan və müəlliflə daima əməkdaşlıqlarından danışıb.
“Zilli” şirniyyat evinin qənnadçısı Mətanət Əlizadə müəlliflərlə daimi əməkdaşlıq etdiklərini, kitabdakı şirniyyatların Zilli şirniyyat evində praktiki tətbiqindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin üzvü xanım Səlbi Baxış və AYB Gəncə Bölməsinin məsləhətçisi Aləmzər Əlizadə kitabın bədii, ədəbi və mədəni hadisə olduğunu qeyd ediblər.
Çıxış edən digər alimlər, mütəxəsislər və ictimaiyyət nümayəndələri kitabı mühüm hadisə kimi qiymətləndiriblər.
Təqdimatda iştirak edən bütün qonaqlara kitab paylanılıb.
Xatırladaq ki, iki dildə – Azərbaycan və İngilis dillərində təqdim olunub və 216 səhifədən ibarət olan kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri yer alır. Kitabın son üz qabığında isə “Kəvər” adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub. Kitabda geniş mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumat yer alır. Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.
Kitabın sonunda müəlliflər və əsas mənbələr haqqında məlumat və digər faydalı bilgilər yer alıb. Kitab “Nero” nəşriyyatında çap olunub.
Sonda AMEA Gəncə Bölməsinin sədri akademik Fuad müəllim Əliyevə və bütün kollektivinə kitabın təqdimatının yüksək səviyədə təşkilinə görə dərin təşəkkür bildirilib.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi, Sosial
/
18.04.2025
13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil
/
17.04.2025
22:38
Mədəni, Mətbuat
/
17.04.2025
19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir” - FOTO - VİDEO
Təhlil
/
17.04.2025
14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil
/
16.04.2025
22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat
/
16.04.2025
18:22
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO