Müsahibə 25.11.2024 21:25

“Erməni usta evimizin divarına xaç işarəsi qoymuşdu” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova olub.

O, Qərbi Azərbaycanla bağlı xatirələrindən, ata-baba yurdu Zəngibasardan söhbət açıb. Bildirib ki, Gəncədə doğulub boya-başa çatmasına rəğmən, vaxtilə babasının erməni təqibindən, ölüm təhlükəsindən yaxa qurtarmaq üçün didərgin düşdüyü yerləri görməyə daim can atıb, oraya mistik bir ərazi kimi baxıb. Nəhayət 12-13 yaşlarında atası onu və ailə üzvlərini Zəngibasar mahalına qonaq aparıb. Beləliklə də o, ilk dəfə tarixi torpaqlarımızla tanışlıq imkanı qazanıb.

Qərbi Azərbaycanı özünə səcdəgah bilən M.Zeynalova valideynlərindən eşitdiyi həqiqətləri də dilə gətirib. Deyib ki, ötən əsrdə nənə-babalarının məruz qaldığı deportasiyalarda ermənilər azərbaycanlılara, xüsusən də qadınlara qarşı soyğunçuluq edib, etnik mənsubiyyətinə görə soydaşlarımıza çoxsaylı fiziki-mənəvi işgəncələr veriblər. Onun sözlərinə görə, sovet hakimiyyətinin dinclik dövründə bu siyasət gizlin şəkildə həyata keçirilib. Ermənilər öz xislətlərinə uyğun olaraq tariximizi saxtalaşdırmağa, hər şeyə sahib çıxmağa çalışıblar. Müsahib vaxtilə atasının Gəncədə ikimərtəbəli ev inşa etdirməsini xatırlayıb. Qeyd edib ki, həmin vaxt usta işləyən erməni divara xaç işarəsi qoyub. Bununla da gələcəkdə guya həmin evin sahibinin erməni olmasına indidən “əsas” yaratmaq istəyib. Lakin ev sahibi bunun fərqinə varıb və erməni ustaya həmin xaçı sökdürüb.

1988-ci il hadisələrindən danışan QHT sədri söyləyib ki, Gəncədəki evlərində valideyninin Qərbi Azərbaycandan deportasiya olunan qohumlarını qəbul edib, onlara bacardıqları səviyyədə dəstək olmağa çalışıblar. Vurğulayıb ki, həmin dövrlərdə ermənilərin əsl siması üzə çıxıb, xalqımıza qarşı düşmən mövqedə olduqları tam aşkar edilib. Müharibənin, deportasiyaların, qaçqınlıq həyatının insanlara, xüsusən də qadın və uşaqlara böyük travmalar yaşatdığını vurğulayan M.Zeynalova əlavə edib ki, belə insanlar bu ağrı-acını ömürlərinin sonuna kimi hiss edirlər. Bir çox hallarda bu, həmin şəxslərin gələcək həyatına da mənfi təsir göstərir.

QHT sədri deyib ki, bütün bu məşəqqətlərə baxmayaraq, istənilən Qərbi azərbaycanlı tarixi Vətəninin hər bir daşının, suyunun, ağacının həsrəti ilə yaşayır, oraya geri qayıdacağı günü səbirsizliklə gözləyir. M.Zeynalova beynəlxalq tədbirlərdə Ermənistan vətəndaş cəmiyyəti təmsilçiləri ilə rastlaşdığını, onlarla həmsöhbət olduğunu da diqqətə çatdırıb. Bildirib ki, erməni QHT təmsilçiləri indi də azərbaycanlılara qarşı aqressiv davranırlar. Müsahibin qənaətincə, hətta sadə ermənilər də millətçilərin, daşnakların illərdir Ermənistanda apardığı yanlış təbliğatın təsirindən qurtula bilmirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 25-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 25.11.2024 21:25
“Erməni usta evimizin divarına xaç işarəsi qoymuşdu” - FOTO - VİDEO
Təhlil / 25.11.2024 16:14
Qaşqay türklərinin diskriminasiyası – İran hakimiyyətinin ayrı-seçkiliyi – TƏHLİL - FOTO
İdman / 25.11.2024 11:46
Ermənini məğlub edən Yusif Bağırlının beynəlxalq uğuru - FOTO
Elm və təhsil / 23.11.2024 22:21
“Skif mifləri və zadəgan qəbir adəti Azərbaycan xalqının inancları ilə eynidir” - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2024 14:16
“Erkən skif sözləri tamamilə türkcədir“ – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 22.11.2024 22:24
“Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu öldürdülər” - FOTO - VİDEO
Gündəm, Sosial / 22.11.2024 16:02
COP29-un 12-ci günü: Mavi Zona tədbirləri davam edir – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 22.11.2024 13:19
Mağaracıq kəndinin son şahidi – İsmixan Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 21.11.2024 22:34
İrəvandan Bakıya göndərilən “strateji saziş”in detalları: Nikolun planı nədir? - FOTO - VİDEO
Gündəm, Sosial / 21.11.2024 17:58
COP29-un 11-ci günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi / 21.11.2024 13:35
Nikolun “strateji planı” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 20.11.2024 22:59
“Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar” - FOTO - VİDEO
Gündəm, Sosial / 20.11.2024 17:48
COP29-un 10-cu günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Təhlil / 20.11.2024 15:47
Qarakənd faciəsini törədənlər cəzalandırılacaqmı? – TƏHLİL
Elm və təhsil, Siyasi / 20.11.2024 13:25
Qərbi Azərbaycanda yəhudi izi – ANONS - VİDEO
Gündəm, Siyasi / 20.11.2024 11:00
Deputat: “COP29 iqlim məsələlərinin olimpiadası hesab oluna bilər” - VİDEO
Hərbi, Siyasi / 20.11.2024 08:00
Qarakənd faciəsindən 33 il ötür - FOTO
Siyasi, Sosial / 19.11.2024 22:11
Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 18:39
“Ermənistanda yaşayış kompleksləri kimlər üçün tikilir, azərbaycanlılar üçün deyilmi? - FOTO - VİDEO
Təhlil / 19.11.2024 17:34
Qərbin və Şimalın Cənubi Qafqazda toqquşan maraqları – TƏHLİL
Gündəm, Sosial / 19.11.2024 16:42
COP29-un doqquzuncu günü: Mavi Zonada tədbirlər davam edir - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 19.11.2024 13:27
Adatəpə – XIX əsrin əvvəllərində ləğv olunan kənd – ANONS - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 13:09
Ermənistanda azərbaycanlılar üçün evlər tikilir? – ANONS - VİDEO
Müsahibə / 18.11.2024 21:47
“Qərbi Azərbaycan həqiqətlərini gənclərə daha çox çatdırmalıyıq” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 18.11.2024 17:46
COP29-un 8-ci günü: Mavi Zona tədbirləriYENİLƏNİR - FOTO - VİDEO
Təhlil / 18.11.2024 16:25
Paşinyan hökumətində yarpaq tökümü – TƏHLİL