Siyasi
28.11.2024
15:58
Qayıdış hüququ mövzusunda 2-ci beynəlxalq konfrans keçiriləcək

Qərbi Azərbaycan İcmasında dekabrın 5-i və 6-sı “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı baş tutub.
Rakus.az xəbər verir ki, konfransdan əvvəl tədbir, burada müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə təşkil olunan mətbuat konfransında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli icmanın fəaliyyət prinsiplərindən bəhs edərək bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsinin dünya ictimaiyyətinin nəzərinə çatdırılması böyük əhəmiyyət kəsb edir: “İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımız etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qalıblar. Son deportasiya isə 1987-1991-ci illərdə həyata keçirilib. Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar. Çox sevinirik ki, Qarabağ zəfərindən sonra tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizə ön plana çəkildi. İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini dünyaya çıxara bildik. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi aspektlərini beynəlxalq müstəvidə müzakirə etmək üçün qayıdış hüququ mövzusunda ötən il də beynəlxalq konfrans təşkil etdik və dekabrın 5-i, 6-ı ikinci dəfə sözügedən konfrans həyata keçiriləcək”.
O deyib ki, konfransda 51-dən artıq dövlətdən 100-dən çox nümayəndə iştirak edəcək: “Konfrans çərçivəsində beş panel təşkil olunacaq və hər paneldə beş məruzə dinləniləcək. Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq müstəvidə müzakirəsi mübarizəmizin yeni mərhələsini təşkil edəcək”.
Qərbi Azərbaycan İcmasının üzvü, millət vəkili Qaya Məmmədov bildirib ki, qonaqlar sırasında müxtəlif ölkələrin deputatları, siyasi xadimləri, alimləri, tarixçiləri olacaqlar: “Bu konfransın təşkili Azərbaycanı qayıdış hüququ mövzusunda beynəlxalq miqyasda tanınmış mərkəzlərdən birinə çevirir. İcma bu tədbirləri keçirməklə qayıdış hüququ mövzusunu beynəlxalq miqyasda təbliğ edir. Dünyada qaçqın və köçkünləri sayı getdikcə artır. Bu problem köklü şəkildə həll edilməlidir. Onların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin olunmalıdır. İcmanın bu mövzuda konfrans keçirməsi bir növ dünyaya çağırışdır”.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda apardığımız monitorinqlər nəticəsində onlardan cəmi ikisinin varlığı müəyyən edilib: “Bizim Qərbi Azərbaycanda 600 qəbiristanlıqda keçirdiyimiz monitorinqin nəticələri göstərdi ki, onlardan 450-nin heç izi də qalmayıb. 150-ə yaxın qəbiristanlığın isə sadəcə dağıntıları qalıb və bərpa etmək demək olar, mümkünsüzdür. Cəmi iki qəbiristanlığı müəyyən edə bildik. Bu istiqamətdə işlər davam edir. Hazırda məscid və türbələrdə monitorinqlər aparılır”.
Xatırladaq ki, Qərbi Azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq. Dekabrın 5-də Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən gün ilə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Mədəni
/
19.04.2025
14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial
/
18.04.2025
22:59
Siyasi, Sosial
/
18.04.2025
13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
17.04.2025
22:38
Mədəni, Mətbuat
/
17.04.2025
19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir” - FOTO - VİDEO
Təhlil
/
17.04.2025
14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil
/
16.04.2025
22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat
/
16.04.2025
18:22
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27