Təhlil 26.12.2024 22:40

Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bu NATO kontingentinin Azərbaycanla sərhəddə yerləşdirilməsi deməkdir” adlı süjetdə Azərbaycan və Ermənistan arasında müzakirə edilən sülh sazişi sənədindən bəhs olunur.

Bildirilir ki, Ermənistan tərəfi zaman-zaman ziddiyyətli açıqlamalar verərək 17 maddədən ibarət olan sənədin 14 maddəsinin razılaşdırıldığı, 3 maddə üzərində iş aparıldığını demişdi: “Nəhayət,
Prezident İlham Əliyev Rusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə bəyan etdi ki, 17 maddənin 15-i razılaşdırılıb, 2 maddə yox. Bu iki maddədən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi, digəri isə üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməməsidir”.

Qeyd olunur ki, Bakı-İrəvan danışıqlarında sülh sazişi fonunda müzakirə edilən başqa məsələlər də var. Bunlardan biri Ermənistanın silahlandırılmasına son qoyulmasıdır. Başqa formatın hissələrindən biri də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının təmin edilməsidir. Rəsmi Bakı indiyə qədər bu məsələni İrəvanla danışıqlar motivindən kənarda saxlamayıb. Rəsmi Bakı Qərbi Azərbaycanla bağlı fərqli gediş edir, azərbaycanlıların qayıdışını daim müzakirə masasında saxlamaqla yanaşı, Qərbi Azərbaycan İcmasını danışıqların tərəfinə çevirir.

Süjetdə diqqətə çatdırılır ki, diktə edən tərəfin rəsmi Bakı olması  Ermənistanda ciddi müzakirələrə yol açıb: “Belə ki, “Ədalətli Ermənistan” Partiyasının sədri, hüquqşünas Norayr Norikyan, erməni şərhçi Davit Ananya deyiblər ki, Ermənistan hakimiyyəti Bakının Qərbi Azərbaycan tələbi barədə konkret, açıq mövqe sərgiləmir. İlham Əliyev hüçumcu rolunda çıxış edir. Ermənistan burada oyunçu deyil, oyundan kənardadır və onun taleyi ilə bağlı qərarları Əliyev verir. İlham Əliyev nə etməli olduğunu çox yaşı bilir və dövlətinin strateji maraqlarını sistemli şəkildə irəliyə aparır. Paşinyan seçkilərdə qalib gəlmək və hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək. Bunlardan biri də azərbaycanlıların qayıdışı və Ermənistanda yaşamasıdır. Ermənistana qayıdacaq 300 min azərbaycanlı seçkilərdə Paşinyanın elektoratı ola bilər”.

Sonda vurğulanır ki, öz yurdundan qovulan azərbaycanlıların böyük qayıdışı baş tutacaq: “Onlar Zəngəzura, Göyçəyə, Dərəlyəzə və yolumuzu gözləyən o torpaqlara həyatı yenidən qaytaracaq. Bu, qaçılmaz reallıqdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO