Müsahibə 13.01.2025 22:19

“Əsas vəzifələrimizdən biri də erməni yalanlarını beynəlxalq səviyyədə ifşa etməkdir” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Qərbi Azərbaycana qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli olub. O, 2024-cü ildə İcmanın fəaliyyətindən, gördüyü işlərdən danışıb.

Deputat qeyd edib ki, ötən il ərzində İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub. Onun sözlərinə görə, İcmanın təşkilatlanma işi ötən il də yüksək səviyyədə davam etdirilib. Nəticədə ölkəmizin 45 rayonunda Qərbi Azərbaycan İcmasının nümayəndəliyi yaradılıb. Bu müddət ərzində Qərbi Azərbaycanın 22 rayonu üzrə 284 kənd icması formalaşdırılıb.

Millət vəkili Ə.Ələkbərli soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətin genişləndiriləcəyini diqqətə çatdırıb. Deyib ki, qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək. İcmanın fəaliyyətində əsas prioritetlərdən biri də erməni yalanlarının beynəlxalq səviyyədə ifşa edilməsidir söyləyən natiq əlavə edib ki, sözügedən istiqamətdə işlər daha mütəşəkkil formada həyata keçiriləcək.

Deputat Ə.Ələkbərli Qərbi Azərbaycandakı mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsinə dair faktların ötən ilin dekabr ayında Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına çatdırıldığını söyləyib. Milli Məclisin Qərbi Azərbaycana qayıdış üzrə Təşəbbüs Qrupunun fəaliyyətindən söhbət açan müsahib qeyd edib ki, həmkarlarının dəstəyi ilə Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidəki fəaliyyəti parlament diplomatiyası səviyyəsində davam etdiriləcək. O, indiyədək Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa dair 6 dinləmənin keçirildiyini xatırladıb.

İcma sədri Ermənistan siyasi rəhbərliyinə dialoq üçün müraciət etdiklərini də dilə gətirib. Təəssüflə bildirib ki, rəsmi İrəvan indiyə qədər Qərbi Azərbaycan İcmasının bu təklifinə hər hansı cavab verməyib. O, ermənilərin son 200 il ərzində qonşu ölkələrin ərazisindən köçürülərək tarixi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqlarını, ardınca isə oradakı aborigen əhalini soyqırımı və deportasiyaya məruz qoyaraq onların mal-mülklərinə sahibləndiklərini vurğulayıb. Deyib ki, ötən əsrdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlı qaçqınların taleyinə aydınlıq gətirilməlidir. İcma sədrinin sözlərinə görə, rəsmi İrəvan anlamalıdır ki, Qərbi azərbaycanlıların ata-baba yurduna qayıdışı qaçılmazdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 13-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO