Elm və təhsil 22.04.2025 18:30

“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı pedaqoq Sona Əliyeva olub.

O, Qərbi Azərbaycanda anadan olduğunu, 1988-ci ildə  doğma yaşayış məskəninizi məcburən tərk etdiyini deyib, coğrafi məkan kimi,  Qərbi Azərbaycanın əhəmiyyəti və relyefindən danışıb.

Onun sözlərinə görə, Ermənistanda Azərbaycan ziyalılarının nümayəndələri Ermənistanda rəhbər vəzifələrə təyin olunmurdular və bu, etnik təmizləmə siyasəti idi: “Ümumiyyətlə, Qərbi Azərbaycanda erməni olmayıb, onlar sonradan köçürülüblər. Ermənilər Cənubi Qafqaza gəldikdən sonra  etnik təmizləmə, oğuz-türk izlərinin itirilməsi üçün hər şey ediblər. Ermənilər varlıqlarını əbədiləşdirmək üçün daşların üzərindəki yazıları belə dəyişdiriblər. Bizim Allahverdi (Tumanyan) rayonunda yunanlar da yaşayırdı. Onlar faydalı qazıntılarla zəngin olan bölgəmizdə mədənlərdə işləyirdilər.  Ermənilər bütün azərbaycanlıları deportasiya etdikdən sonra  yunanları da qovdular və monoetnik Ermənistan yaratdılar”.

S.Əliyeva Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, bu məsələyə beynəlxalq təşkilatların münasibəti ilə bağlı düşüncələrini bölüşüb: “Qərbi azərbaycanlıların Vətənə qayıdışının reallığa çevrilməsi üçün aparılan bugünkü siyasətiyüksək dəyərləndiririk. Bu gün Qərbi Azərbaycan İcmasında  insanların siyahıyaalınma prosesi gedir. Bu, qayıdış üçün böyük məna daşıyır. Ermənilərin bu qayıdışa problem yaradı Çünki onlar düşünürlər ki, biz doğma yurdumuza getsək, ikinci plana düşəcəklər. Ermənilərin qorxusu ondan ibarətdir ki, geri qayıdanda azərbaycanlılar bütün sahələrdə onları qabaqlayacaqlar. Bu məsələdə beynəlxalq təşkilatlar ümumi rəyə gəlməlidir, dünyada sülh olmalıdır. Qərbi Azərbaycan yerli əhalinin, yəni Qərbi azərbaycanlıların sərvətidir. Ona görə də doğma torpağa qayıtmaq istəyi bizdə hər gün artır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə aprelin 22-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Армяне думают, что если мы переедем в Армению, они окажутся на втором плане» – Хроника Западного Азербайджана

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке

Как сообщает Rakus.az, гостьей ведущей Эллады Сарван была педагог Сона Алиева.

Она отметила, что родилась в Западном Азербайджане и была вынуждена покинуть родные места в 1988 году, а также рассказала о важности Западного Азербайджана как географического положения и о его рельефе.

По ее словам, представители азербайджанской интеллигенции в Армении не назначались на руководящие должности в Армении, и это было политикой этнической чисткой: «Вообще, армян в Западном Азербайджане не было, их переселили позже. После того, как армяне прибыли на Южный Кавказ, они сделали все, чтобы провести этническую чистку и стереть следы огузов-тюрков. Армяне даже изменили надписи на камнях, чтобы увековечить свое существование. Греки также жили в нашем районе Аллахверди (Туманян). Они работали на рудниках в нашем регионе, который был богат полезными ископаемыми. После того, как армяне депортировали всех азербайджанцев, они также изгнали греков и создали моноэтническую Армению».

С.Алиева поделилась своими мыслями об обеспечении права на возвращение западных азербайджанцев и отношении международных организаций к этому вопросу: «Мы высоко оцениваем проводимую политику, направленную на то, чтобы возвращение западных азербайджанцев на родину стало реальностью. Сегодня в общине Западного Азербайджана проводится перепись населения. Это имеет большое значение для возвращения. Армяне создали проблемы с этим возвращением, так как считают, что если мы переедем на родную землю, то они будут отодвинуты на второй план. Страх армян в том, что когда мы вернемся, азербайджанцы превзойдут их во всех сферах. Международные организации должны прийти к единому мнению по этому вопросу, во всем мире должен быть мир. Западный Азербайджан – это богатство местного населения, то есть западных азербайджанцев. Поэтому наше желание вернуться на родную землю растет с каждым днем».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 22 апреля в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 18.04.2025 12:59
Məktəblilər şəhid jurnalistin doğum gününü qeyd ediblər - FOTO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 13:02
Şəhid jurnalistin doğum günü məzarı ziyarət olunub - FOTO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO