Siyasi 25.04.2025 22:10

“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Kəndimizdən 5 cavan oğlanı erməni sürücü maşınla qayadan atdı” adlı veriliş Loru mahalının Allahverdi rayonunun Kiçik Ayrım kənd sakini Məcid Həsənovun həyat hekayəsinə həsr olunub.

O, 1965-ci ildə doğulduğunu, ailədə 4 bacı, 2 qardaş olduqlarını deyib, uşaqlıq, orta məktəb illərini, yer-yurd adlarını xatırladıb, rayonun bəzi kəndlərində azərbaycanlılarla erməni və yunanların qarışıq yaşadığını söyləyib: “Oradakı bütün xoş xatirələr yaddaşımdadır. Biz səbirsizliklə yay tətilini gözləyirdik. Gözəl mənzərəli Ləlvər dağına köç edərdik, adət-ənənələrimizi qoruyub saxlayırdıq. Dağdan Arana köçəndə nənələrimiz fəsəli bişirər, quymaq çalardılar”.

Onun sözlərinə görə, orada azərbaycanlılara qadağalar qoyulur, vəhşiliklər edilirdi: “Bizə aprelin 24-də rayona getməyə qoymurdular. Kəndimiz Axtala İstirahat Mərkəzinə bitişik yerdə yerləşirdi. 1970-ci illərdə əmim orada direktor müavini işləyəndə “Ararat”-”Neftçi” futbol oyununa baxmağa gedib. “Neftçi” qol vuranda onları alqışlayan zaman ermənilər onu vurmuşdular. Onu  1988-ci il hadisəsində ermənilər qətlə yetirdilər. Konserv zavodunda işləyən xalam oğlunu ermənilər şərləyərək tutmaq istəyirdilər. 1980-ci ildə erməni sürücü içərisində kəndimizdən 5 cavan oğlan olan maşını qayadan uçurmuşdu. Belə hadisələr çox olurdu”.

Aşağı Ayrım kənd sakini deportasiya həyatından da danışıb: “Vəziyyət get-gedə çətinləşirdi. Moskvada tələbə idim, 1988-ci ildə Novruz bayramında evimizə çox çətinliklə gəldim. İnsanlar mağazanın qarşısında toplaşmışdılar. Camaatla birgə 15 gün kəndi ov tüfəngləri ilə qoruduq. Moskvaya qaydandan sonra noyabr ayında Gəncədə yaşayan qohumlardan zəng gəldi ki, kənddə heç kim qalmayıb, iki nəfər qətlə yetirilib. Nəhayət, 1988-ci il noyabrın 30-da valideynlərimvə nənəm Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndinə, oradan da Gəncəyə gəldilər. Ermənilər bütün əşyalarımızı maşın qarşıq sürüb rayona aparmışdırlar”.

Vətənin ata-babalarımızın uyuduğu torpaqlardan başladığını vurğulayan M.Həsənov doğma yurda qayıtmaq istəyini belə ifadə edib: “Vətən həsrəti bizim qəlbimizdədir. Orada abalarımızın qəbirləri var. Oralar bizim ata-baba yurdlarımız olub. Biz oraya qayıtmalıyıq. Biz əgər o torpaqlara qayıtmasaq, babalarımızın ruhu bizi rahat buraxmaz. Biz o torpaqlara mütləq qayıtmalıyıq. Biz bunları unuda bilmərik. Bunları unutsaq, gələcək nəsillər bizi bağışlamaz”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 25də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO - VİDEO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 18.04.2025 12:59
Məktəblilər şəhid jurnalistin doğum gününü qeyd ediblər - FOTO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 13:02
Şəhid jurnalistin doğum günü məzarı ziyarət olunub - FOTO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO