Siyasi 05.09.2025 22:36

“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Erməni həkim keyidici iynə vurmadan məni əməliyyat etdi” adlı veriliş əslən Göyçə mahalının Basarkeçər rayonunun Qoşabulaq kənd sakini Alay Quliyevin həyat hekayəsinə həsr olunub.

O, 1973-cü ildə doğulduğu kənddə 1988-ci ilə qədər yaşadığını, uşaqlıq, məktəb, gənclik illərinin gözəl keçdiyini, bütün fəsillərdə kənd həyatı ilə bağlı xatirələrini danışıb: “Milli bayramımız olan Novruz həyatımızın ən yadda qalan günləri olub və yaddaşımızda silinməz iz qoyub. Hər çərşəmbədə lopa, tonqal yandırardıq, çərşənbədə papaq atardıq”.

Onun sözlərinə görə, ermənilər bütün dövrlərdə azərbaycanlılara qarşı vəhşi davranıb: “Orta məktəbdə oxuyanda boğazımdakı əti kəsdirmək üçün rayona həkimə apardılar. Ermənilər məni əməliyyat qabağı üç gün palatada saxladılar. Bizim palatada Norik adında bir erməni var idi, onu palatadan birinci apardılar və əməliyyat olundu. Norikin səsi gəlmədi. Azərbaycanlılar gedəndə qışqırıq, bağırtı səsi gəlirdi. Çünki ermənilər əməliyytı keyidici iynə vurmadan,vəhşicəsinə, qışqırda-qışqırda edirdilər. Məni də elə etdilər. Əlimi və gözümü bağladılar. Vəhşicəsinə əməliyyat edəndə qışqırdım ki, çox ağrıdır. Həkim əlimin üstünə əməliyyat bıçağını elə vurdu ki, huşumu itirdim. Biz onların vəhşiliklərini o vaxtdan görmüşük”.

Qoşabulaq kənd sakini bildirib ki, 1988-ci ilin sentyabr ayında  məlum hadisələr başladı: “Oktyabr ayında hamı əliyalın toplaşmışdı. O vaxt ov tüfəngini heç kim qorxudan çıxara bilmirdi. Çünki saxlamaq qadağandır adı ilə əlimizdən alırdılar. Yaba, bel, dırmıq ilə hamı kəndin keşiyində dayanırdı. Oktyabr ayında ermənilər kəndə basqın etdilər. Basqın olanda uşaqları, qadınları kənddən çıxardıq. Bir müddətdən sonra Kəlbəcər rayonunun Otaqlı kəndinə pənah apardıq”.

A.Quliyev doğulduğu kəndə qayıdacağına inamını itirmədiyini söyləyib: “Ümidlə yaşayırııq ki, bu, əbədi deportasiya olmayacaq. Ora bizim ulu babalarımızın yurdudur, göz açdığımız Vətəndir. Ermənilər qəbirstanlığımızı dağıdıblar. Qəbir daşları dağıdılsa da gedib məzarlığımızı ziyarət edəcəm. Kəndin mənbəyi olan Qoşabulaqdan doyunca su içəcəm. Biz ora qayıtmasaq əcdadlarımız bizi bağışlamaz. Öz yurdumuza sahib çıxıb, dağılan yerləri tikib yaşayacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Təhlil / 04.09.2025 22:29
Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO
Siyasi / 04.09.2025 14:36
Paşinyan İrəvanı təhvil verir? – ANONS - VİDEO
Hərbi / 04.09.2025 11:34
Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi – MƏQALƏ
Mədəni, Siyasi / 03.09.2025 23:39
İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti  - VİDEO
Siyasi / 03.09.2025 14:38
İrəvanda müsəlman mübarizəsi – ANONS
Siyasi, Sosial / 02.09.2025 23:16
Aşağı Novruzlu, Aşağı Pirtikan, Aşağı Talin toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 18:33
“Ermənistan öz xalqının təbiətinə zidd olan dövlətdir” - FOTO - VİDEO
Sosial / 02.09.2025 14:12
XIX əsri yaşadan kənd – ANONS  - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 13:46
Azərbaycanın qlobal iqtisadiyyatda böyük rolu – ANONS
Hərbi, Mətbuat / 11.08.2025 17:16
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Naxçıvan kitabxanalarına paylanılıb - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.07.2025 22:51
Ermənistan İrana, Rusiyaya, eləcə də Avropadakı müttəfiqi Fransaya “pas” atır - VİDEO
Təhlil / 31.07.2025 14:47
Paşinyanın pərdəarxası oyunu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 30.07.2025 23:57
“Azərbaycanlı nazir Parisə getmək üçün istefa verdi” - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 30.07.2025 16:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – TAM MƏTN - FOTO - VİDEO
Elm və təhsil / 30.07.2025 14:50
SSRİ-ni qorxudan irəvanlı filosof – ANONS - VİDEO
Siyasi, Sosial / 29.07.2025 23:30
Aşağı Gözəldərə, Aşağı Güllüdüz, Aşağı Molla Saflar, Aşağı Necili – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 29.07.2025 18:36
“İrəvanda azərbaycanlıların evləri xəstəxana edilib” - FOTO - VİDEO
Sosial / 29.07.2025 14:22
Xaricdən gələn ermənilərin özəlləşdirdiyi türk məkanı – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 29.07.2025 13:37
“Qəmərli kəndi babamın soyadını daşıyır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 28.07.2025 23:27
“Qərbi azərbaycanlıların deportasiyasını dilə gətirmədən Qarabağdakı faciələri izah etmək mümkün deyil” - VİDEO
Elm və təhsil, Mədəni / 26.07.2025 23:26
“Gəlinin evə girişi – qədim türklərdə mistik mərasim” - VİDEO
Siyasi, Sosial / 25.07.2025 21:51
“Deportasiya cücərtilərini 1986-cı ildən hiss edirdik” - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 25.07.2025 18:02
“Əsl jurnalist ömrü bitmir…” - FOTO - VİDEO