Siyasi 10.09.2025 23:35

“Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni faşizminin kökləri” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Türkiyənin, Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı erməni faşizminin köklərindən, Ermənistanın faşizm siyasəti və Qaregin Njde həqiqətləri, armenizmdən terrorizmə gedən qanlı yolun tarixçəsindən danışıb.

O bildirib ki, tsexakronizm Hitlerlə əməkdaşlıq edən erməni təlimidir: “Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi. Ermənistan irqçilik və terror üzərində qurulan dövlətdir. Ermənistanda terrorçulara niyə heykəl qoyulur?”

Onun sözlərinə görə, Zəngəzurdan Qarabağa faşist ideologiyanın hədəfləri, ermənilərin “ari irq” planında almanlarla ittifaq planı, Ermənistan liderlərinin nasistlərlə iş birliyi olub.

Q.Çaxmaqlı deyib ki, Ermənistanda terroru rəsmiləşdirən siyasət aparılıb: “Armenizm ideologiyası bəşəriyyət üçün bəladır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 10-da saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi / 10.09.2025 23:35
“Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi” - VİDEO
Siyasi / 10.09.2025 14:52
“Armenizm bəşəriyyət üçün bəladır” – ANONS - VİDEO
Siyasi, Sosial / 09.09.2025 23:35
Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud, Aşağı Çanaxçı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.09.2025 18:38
“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO
Təhlil / 09.09.2025 16:45
Xamənei niyə Pezeşkianı himayəsinə alır? – TƏHLİL
Sosial / 09.09.2025 14:22
Adı Musagyuğ edilən türk məskəni – ANONS - VİDEO
Siyasi / 09.09.2025 13:18
“Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışır” – ANONS
Müsahibə / 08.09.2025 23:54
“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Təhlil / 04.09.2025 22:29
Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO
Siyasi / 04.09.2025 14:36
Paşinyan İrəvanı təhvil verir? – ANONS - VİDEO
Hərbi / 04.09.2025 11:34
Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi – MƏQALƏ
Mədəni, Siyasi / 03.09.2025 23:39
İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti  - VİDEO
Siyasi / 03.09.2025 14:38
İrəvanda müsəlman mübarizəsi – ANONS
Siyasi, Sosial / 02.09.2025 23:16
Aşağı Novruzlu, Aşağı Pirtikan, Aşağı Talin toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 18:33
“Ermənistan öz xalqının təbiətinə zidd olan dövlətdir” - FOTO - VİDEO
Sosial / 02.09.2025 14:12
XIX əsri yaşadan kənd – ANONS  - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 13:46
Azərbaycanın qlobal iqtisadiyyatda böyük rolu – ANONS
Hərbi, Mətbuat / 11.08.2025 17:16
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Naxçıvan kitabxanalarına paylanılıb - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.07.2025 22:51
Ermənistan İrana, Rusiyaya, eləcə də Avropadakı müttəfiqi Fransaya “pas” atır - VİDEO
Təhlil / 31.07.2025 14:47
Paşinyanın pərdəarxası oyunu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 30.07.2025 23:57
“Azərbaycanlı nazir Parisə getmək üçün istefa verdi” - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 30.07.2025 16:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – TAM MƏTN - FOTO - VİDEO
Elm və təhsil / 30.07.2025 14:50
SSRİ-ni qorxudan irəvanlı filosof – ANONS - VİDEO