Müsahibə 15.09.2025 23:57

“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Prezident mükafatçısı, şair-publisist Azadə Novruzova olub.

O, doğulub boya-başa çatdığı Qarakilsə rayonunun Şəki kəndindən söhbət açıb. Bildirib ki, Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır. Qədim tarixə malik bu kənddə əsrlər boyu Azərbaycan türkləri yaşayıblar. Milli-mənəvi dəyərlər, adət-ənənələr, İslam dinindən irəli gələn inanclar bu yaşayış məntəqəsinin sakinləri tərəfindən daim qorunub, nəsildən-nəslə ötürülüb. A.Hüseynova Şəki kənd orta məktəbində təhsilə xüsusi diqqət yetirildiyini, şagirdlərin təlim-tərbiyəsi ilə yüksək intellektli müəllim kadrların məşğul olduğunu vurğulayıb. Deyib ki, məhz həmin müəllimlərin böyük əməyi sayəsində Şəkidə ziyalı mühit formalaşıb.

Müsahib doğma kəndinə sonradan ermənilərin köçürüldüyünü söyləyib. Onun sözlərinə görə, əvvəlcə İrandan gətirilən 25 ailə Şəkidə məskunlaşdırılıb. Sonrakı illərdə onların sayı məqsədli şəkildə artırılıb. Sadəcə Şəki kəndində və Qarakilsə rayonunda deyil, ümumən Qərbi Azərbaycanda soydaşlarımızın sıxışdırılmasına başlanılıb. İrəvanda gənclərin ali təhsil almalarına, həmçinin məcburiyyət qarşısında Azərbaycanda ali təhsil alan gənclərin sonradan doğma Vətəninə qayıdaraq müvafiq işlə təmin olunmalarına süni əngəllər yaradılıb. Bununla da dinc dövrlərdə gənc kadrların Qərbi Azərbaycandan didərgin salınması siyasəti planlı şəkildə həyata keçirilib. Paralel olaraq azərbaycanlılara məxsus izlər yaşayış məntəqələrindən silinib. Ermənilər hətta tarixi abidələri məhv etməkdən, onları saxtalaşdırmaqdan çəkinməyiblər.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyalardan danışan A.Hüseynova əlavə edib ki, quldur Andranikin silahlı dəstəsi 1918-ci ildə Qarabağ və Zəngəzurda, o cümlədən Şəki kəndində böyük qırğınlar törədib. Onun sözlərinə görə, bu hadisələr zamanı babasının bütün ailə üzvlərini ermənilər vəhşicəsinə öldürüblər. Sonrakı illərdə də ermənilər Qərbi Azərbaycanda məqsədli qaydada nifaq salıb, ədavət yaradıb, azərbaycanlıları öz ata-baba yurdundan köçməyə məcbur ediblər. 1988-ci ildən başlayaraq isə millətçi ermənilər Şəki kəndinin azərbaycanlı sakinlərinə açıq hücumlar edib, onların evlərini yandırıb, soydaşlarımızı fiziki-mənəvi işgəncəyə məruz qoyub, ölümlə hədələyiblər. Bu kimi hadisələr nəticəsində Qərbi Azərbaycandan bütün həmvətənlərimiz deportasiya olunub, dünyanın müxtəlif ölkələrinə səpələniblər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə sentyabrın 15-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 15.09.2025 23:57
“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 15.09.2025 15:15
Son beşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO
Mədəni / 13.09.2025 22:02
“Torpağa qayıdan xalq mətbəxini də geri gətirir” - VİDEO
Siyasi, Sosial / 12.09.2025 21:42
“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 12.09.2025 14:22
“İtmiş Vətən həsrəti” – Elmira Hüseynovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 11.09.2025 23:40
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı - VİDEO
Siyasi / 11.09.2025 14:22
Paşinyanla rəqibləri dava edir – ANONS - VİDEO
Siyasi / 10.09.2025 23:35
“Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi” - VİDEO
Siyasi / 10.09.2025 14:52
“Armenizm bəşəriyyət üçün bəladır” – ANONS - VİDEO
Siyasi, Sosial / 09.09.2025 23:35
Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud, Aşağı Çanaxçı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.09.2025 18:38
“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO
Təhlil / 09.09.2025 16:45
Xamənei niyə Pezeşkianı himayəsinə alır? – TƏHLİL
Sosial / 09.09.2025 14:22
Adı Musagyuğ edilən türk məskəni – ANONS - VİDEO
Siyasi / 09.09.2025 13:18
“Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışır” – ANONS
Müsahibə / 08.09.2025 23:54
“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Təhlil / 04.09.2025 22:29
Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO
Siyasi / 04.09.2025 14:36
Paşinyan İrəvanı təhvil verir? – ANONS - VİDEO
Hərbi / 04.09.2025 11:34
Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi – MƏQALƏ
Mədəni, Siyasi / 03.09.2025 23:39
İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti  - VİDEO
Siyasi / 03.09.2025 14:38
İrəvanda müsəlman mübarizəsi – ANONS
Siyasi, Sosial / 02.09.2025 23:16
Aşağı Novruzlu, Aşağı Pirtikan, Aşağı Talin toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 18:33
“Ermənistan öz xalqının təbiətinə zidd olan dövlətdir” - FOTO - VİDEO
Sosial / 02.09.2025 14:12
XIX əsri yaşadan kənd – ANONS  - VİDEO