Siyasi 26.09.2025 23:14

“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər kəndimizə xüsusi təlimatla yerləşdirilirdi” adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Ağkənd kənd sakini Şəfiqə Cəfərovanın həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə anadan olduğunu, uşaqlıq və məktəb illərinin maraqlı keçdiyini, ermənilərlə qarışıq yaşadıqlarını söyləyib: “Kənd əvvəl böyük olub. Son dövrlərdə 20-25 azərbaycanlı ailə qalmışdı. Qonşu Tərətum kəndində sırf ermənilər yaşayırdı. Onlar gəlib Ağkəndə dolmuşdular. Ermənilər təlimatla kəndə yerləşdirilirdilər. Ermənilər kəndə gələndə bizimkilər top-tüfənglə qarşılamayıblar, öz yurdlarını, evlərini, çörəklərini veriblər. Azərbaycanlılarla yaşayan ermənilər bizim yaxşılıqlarımızı, mənəviyyatımızın yüksəkliyini, adət-ənənələrimizi mənimsəyirdilər və heç elə də çox aqressiv olmurdular. Amma sırf ermənilər yaşayan kəndlər dəhşət idi”.

Onun sözlərinə görə, kənddən ilk kütləvi köç 1967-ci ildə başlayıb: “O vaxt dayımın evini partlatdıqdan, sakin Həsən kişini öldürəndən sonra  azərbaycanlıları sıxışdırmağa başladılar, vəzifədə olanları işdən çıxardılar. Rayonda Azərbaycan dilində çıxan qəzetin nəşrini dayandırdılar. Camaat köç edib. Bir müddət sonra yenidən qayıdıb. Babam erməni riyakarlığına, zülmünə, nankorluğuna dözməyib üç dəfə köç edib. Nəhayət 1954-cü ildə kənddə dünyasını dəyişib”.

Ağkənd sakini 1988-ci ildə kənddə çox az adamın qaldığını, ermənilərin  partlayışlar törətdiklərini bildirib: “Vaxtilə ermənilər camaatı dama doldurub, od vurub, qızılları əridib onların boğazına doldurublar. Hətta saqqallılar azərbaycanlılara kömək edən erməniləri güllələyirdilər. Məcbur qalıb köç edən insanlar mal-dövlətlərini qoyub, çox əziyyətlə dağları aşıb Şərura gəldilər. Atam və anam isə Qaxa, sonra Bakıya köçdülər”.

Uşaqlıq xatirələrinin yaddaşdan silinmədiyini deyən Ş.Cəfərova deyib: “Vətən həsrəti ürəyimizi parçalayır. Ağkəndə qayıtmaq arzusu ilə yaşayırıq. Ən böyük istəyimiz Vətənə qayıtmaqdır. İnanırıq ki, gedib oranı yenidən gəzəcəyik, daşları öpəcəyik. Bu, nəsibimiz olacaq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO
Müsahibə, Sosial / 23.09.2025 13:35
“Ermənistanın yırtıcı mədənçilik təcrübələri var” – ANONS
Müsahibə / 22.09.2025 23:55
“Qaraqoyunlular Dəniz xandan törəyənlərdir” - VİDEO
Elm və təhsil, Gündəm / 22.09.2025 12:00
Tibb elminin cəfakeşi – professor Məhəmməd Kərimovun yubiley portreti  - FOTO
Mədəni, Sosial / 20.09.2025 23:51
“Çingizxan sarayından İrəvana uzanan dad” - VİDEO
Siyasi, Sosial / 19.09.2025 23:26
“Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu” - FOTO - VİDEO
Sosial / 19.09.2025 14:22
“Nənəm ermənilərə gavır deyirdi” – İsmayıl Ağayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.09.2025 23:44
Ermənistan ordusu ixtisar edilir: addım-addım Zəngəzura doğru - VİDEO
Təhlil / 18.09.2025 14:22
Qərbi Azərbaycanla bağlı razılıq var – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.09.2025 23:36
“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO
Siyasi / 17.09.2025 14:22
“Urartu dövləti ermənilərə aid deyil” – ANONS - VİDEO
Siyasi, Sosial / 16.09.2025 23:50
Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 16.09.2025 18:29
“NATO nəzəri olaraq Rusiyaya qarşı hərəkətə keçə bilər” - VİDEO
Sosial / 16.09.2025 14:45
“Adı qədim xəritəyə yazılan məkan” – ANONS - VİDEO