Sosial 29.09.2025 23:00

“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Samux rayon nümayəndəsi Məsud Vəliyev olub.

O, Qərbi Azərbaycanın Vedibasar mahalından, ata-baba yurdu Daşlı kəndindən söhbət açıb. Bildirib ki, 1828-ci ildə İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Qərbi Azərbaycanın bütün mahalları kimi Vedibasara da Türkiyə və İrandan ermənilər köçürülüblər. Bu mahalın əzəli sakinləri ötən əsrin 1905-1907, 1918-1920-ci illərində erməni daşnaklarının silahlı hücumlarına, soyqırımı və deportasiyalara məruz qalıblar. Vedi rayon mərkəzindən üç kilometr məsafədə, Vedi çayının yanında yerləşən Daşlı kəndinin sakinləri də bu hadisələrdən böyük zərər çəkiblər. 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən Daşlı kəndinin azərbaycanlı sakinləri qovulub və xaricdən gətirilən ermənilər burada yerləşdirilib.

M.Vəliyev deyib ki, indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlıların bir qismi öz doğma ocaqlarına dönə bilib. Lakin SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Qərbi Azərbaycandakı soydaşlarımız, o cümlədən Daşlı kəndinin azərbaycanlı sakinləri də tarixi-etnik torpaqlarından deportasiya olunublar. Onlar Azərbaycanın aran zonasına məcburi şəkildə köçürülüblər. Bu zaman iqlim dəyişməsi səbəbindən çoxsaylı soydaşımız dünyasını dəyişib. 1987-1991-ci illərin hadisələri zamanı isə Qərbi Azərbaycandakı bütün soydaşlarımız tarixi torpaqlarından deportasiya olunublar.

QAİ təmsilçisi ötən əsrin əvvəllərində babasının Abbasqulu bəy Şadlinskinin dəstəsində erməni-daşnak quldur dəstələrinə qarşı döyüşdüyünü, həmyerlilərini müdafiə edərkən həlak olduğunu söyləyib. Onun sözlərinə görə, müxtəlif illərdəki deportasiya və qırğınlarda xalqımıza böyük zülmlər edilib. 1987-ci ildə ermənilər Qafan və Zəngibasarda toya silahlı basqın edib azərbaycanlıları qətlə yetiriblər. Azərbaycanlı qadınların kürəyinə qaynar samovar bağlayıb işgəncələr veriblər.

M.Vəliyev Samuxda yaşayan soydaşlarımızın sayına da diqqət çəkib. Söyləyib ki, Samuxun 40 yaşayış məntəqəsində Qərbi Azərbaycanın bütün bölgələrindən olan azərbaycanlılar məskunlaşıblar. Onların ümumi sayı 6225 nəfərdir. QAİ nümayəndəsi onlar arasında keçirilən görüşlərdən, aparılan təbliğat işindən, Qərbi Azərbaycan İcması ətrafında soydaşlarımızın səfərbər olmasından, tarixi Vətənə qayıdışı sürətləndirmək üçün görülən işlərdən də danışıb. Soydaşlarımızda tarixi Vətənə qayıtmaq ümidinin artıdğını diqqətə çatdıran müsahib sonda vurğulayıb ki, ata-baba yurduna qayıdanda dünyanın ən xoşbəxt insanı olacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 29-da saat 20:40-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO
Müsahibə, Sosial / 23.09.2025 13:35
“Ermənistanın yırtıcı mədənçilik təcrübələri var” – ANONS
Müsahibə / 22.09.2025 23:55
“Qaraqoyunlular Dəniz xandan törəyənlərdir” - VİDEO
Elm və təhsil, Gündəm / 22.09.2025 12:00
Tibb elminin cəfakeşi – professor Məhəmməd Kərimovun yubiley portreti  - FOTO
Mədəni, Sosial / 20.09.2025 23:51
“Çingizxan sarayından İrəvana uzanan dad” - VİDEO
Siyasi, Sosial / 19.09.2025 23:26
“Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu” - FOTO - VİDEO