Siyasi 03.10.2025 23:18

“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Kəndimiz üçün qərbisəyəndə, yadıma biçilmiş otun iyisi düşür” adlı veriliş Ağbaba mahalının Amasiya rayonunun Balıqlı  kənd sakini Avtandil Məmmədovun həyat hekayəsinə həsr olunub.

 

O, 1955-ci ildə anadan olduğunu, 33 yaşına qədər uşaqlıq və gənclik illərinin kənddə keçdiyini deyib: “Kəndimiz üçün qərbisəyəndə, yadıma  biçilmiş otun iyisi düşür. Çaldaşdan Arpa gölünə baxdığımız mənzərə heç vaxt yaddaşımdan silinmir. Toylarımız, Novruz bayramı çox təntənəli  keçirilirdi, Xıdır Nəbidə qovud qoyulurdu. Gözəl dağları, yamaclar, bulaqları var idi. Uşaq vaxtı dağlara çıxardıq, orada küp qırıqları, mağara var idi.

Onun sözlərinə görə, 1940-cı illərdə Xançallı kəndi Balıqlı kəndinə köçürülüb: “Dəmirçilər, bozallar, zərgərlər, aşırlılar kimi böyük tayfalar  Balıqlıya köçürülüb. 1988-ci ilə qədər onlara aid qəbristanlıqlar dururdu.  Ağbabada erməni yaşamayıb. Sırf azərbaycanlılar olub. Doğum sayı bizdə çox yüksək olub. 80 evlik kəndimizdə 6 qəhrəman ana vardı. Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb. Ermənilər kəndə gələndə “Zil” maşınlarının qabağına Andranikin şəkilini vururdular. Biz uşaqlar maşının kabinasından o şəkili qopardıb atırdıq. Ermənilər Qonşu kəndlərdən gəlib basma kəsir, əvəzinə 3-5 manat, ya bir toyuq alırdılar.

Balıqlı kənd sakini erməni vəhşiliyindən və qaçqınlıq illərindən danışıb və bildirib ki, 1918-ci ildə ermənilər Şiştəpə kəndində uşaq, qoca, qadın, əllərinə kim keçibsə öldürüblər, onları üstüstə yığıb şişə taxıblar: “Ermənilər Axıskada yay vaxtı türkləri, azərbaycanlıları vəhşiliklə qırıblar. Külək əsəndə meyitlərin qoxusu qonşu kəndlərə gəlirmiş. 1988-ci ilin yayında kəndimizdə hadisələr başladı. Cəmi 5-10 ailə payıza yaxın köçüb Rusiyaya getmişdi. Dekabrın 7-də zəlzələ baş verdi. Camaatın çıxmağa yolu yox idi. Amma zəlzələ bunların başını qatdı, camaat Qaraxaç dağ yolu ilə Borçalıya getdi. Beləcə, kənd bir-iki ayın içində boşaldı. Mən də 5 nəfərlik ailəmlə Borçalıya gəldim, sonra Sumqayıtda məskunlaşdım.

Vətən həsrətinin izah olunmayan bir duyğu olduğunu söyləyən A.Məmmədov vurğulayıb: “Çox arzuluyıram ki, kəndimizə qayıdım və ruhumu, canımı kəndimizin torpağında tapşırım. Biz doğma torpağımıza mütləq qaydacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 3-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO