Müsahibə 06.10.2025 23:06

“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi siyasətçi, sabiq millət vəkili Yusif Bağırzadə olub.

O qeyd edib ki, ruslar Cənubi Qafqaza daxil olduqları andan etibarən xalqımız dəfələrlə deportasiyalara məruz qalıb, günahsız azərbaycanlılar qətlə yetirilib. Bu proses XVIII əsrin ortalarından XX əsrin sonlarına qədər müxtəlif illərdə təkrarlanıb. Tarixi Azərbaycan torpaqları parçalanıb, onun ərazisində Ermənistan kimi qondarma dövlət yaradılıb. Sovet hakimiyyəti illərində də Azərbaycanın bəzi əraziləri əsassız olaraq Ermənistana birləşdirilib. 1988-ci ildə isə Qərbi Azərbaycandakı soydaşlarımız min illər boyu yaşadıqları ata-baba yurdundan deportasiya olunublar. Hazırda 300 mindən çox Qərbi azərbaycanlı tarixi Vətəninə həsrət qalıb.

Y.Bağırzadə deyib ki, Azərbaycan beynəlxalq sənədlərə istinad edərək, soydaşlarımızın geriyə qayıdış hüququnun reallaşdırılmasını istəyir. Müsahib doğulub boya-başa çatdığı Gəncə şəhərində məskunlaşan Qərbi azərbaycanlılardan da danışıb. Onun sözlərinə görə, soydaşlarımız ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirir, Gəncənin mədəni, sosial, iqtisadi həyatında mühüm rol oynayırlar. Buna rəğmən, onlar ata-baba yurdlarına qayıtmağı daim gündəmdə saxlayırlar. Onların bu istiqamətdə atdığı hər bir addım beynəlxalq hüquqa söykənir.

Siyasətçi Y.Bağırzadə diqqətə çatdırıb ki, ermənilər ötən əsrin əvvəlində sadəcə Azərbaycanda, Türkiyədə, İranda deyil, Özbəkistanda da kütləvi qırğınlar törədiblər. Bolşevik libasına bürünən ermənilər 1918-ci ildə təkcə Fərqanədə 35 min özbək türkünü amansızlıqla qətlə yetiriblər. Ermənilərin əsas hədəfi özbək xalqının elit təbəqəsini tamamilə məhv etmək olub ki, sonradan onları rahatlıqla idarə edə bilsinlər. Təəssüf ki, bu qırğınlardan sonra qardaş özbək xalqı repressiyalara, deportasiyalara da məruz qalıb. 1944-cü ildə isə ata-baba yurdundan sürgün olunan Məhsəti türkləri düz 44 il sonra – 1988-ci ildə kütləvi zorakılıqlar və soyqırımı ilə üzləşiblər. Bu hadisələrdə çoxsaylı günahsız türk qətlə yetirilib, müxtəlif işgəncələrə məruz qalıb.

Y.Bağırzadə vurğulayıb ki, indiki Ermənistan dövləti soydaşlarımızın qayıdış hüququnu tanımalı, onların təhlükəsizliyinə zəmanət verməlidir. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların tarixi vətənə qayıtmaq tələbi heç bir halda Ermənistana qarşı ərazi iddiası sayıla bilməz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə oktyabrın 6-dq saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO