Mədəni 11.10.2025 23:03

İrəvan xanlığı və qacarlar: tarixi mirasımızın silinməz izləri - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, buraxılışda kolleksiyaçı Yusif Bağırzadə qədim möhür və miniatürlər, Qacar saray mədəniyyətinin, eləcə də İrəvan xanlığı və Qacarların tarixi mirasının silinməz izləri, həmçinin Çar Rusiyasına qarşı modern ordu layihəsinin müəllifi Abbas Mirzənin döyüş şəmşirindən söz açıb.

O, Qacar saray mədəniyyətinin izlərinin Bakıda əks olunduğunu deyib: “İran” adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var. Toplanan kolleksiyalarda nadir silahlar, sənədlər və dövlətçilik yaddaşı mövcuddur”.

Onun sözlərinə görə, Rusiyadakı ermitajda saxlanılan qılınc Abbas Mirzənin döyüş şəmşiri olub.

Y.Bağırzadə Şah Abbasın fil sümüyündən olan xəncərinin sirri, tacqoyma əfsanəsi, Nəsirəddin şahın möhtəşəm qılıncı, mücrüsü, taxta oyma əsəri, qədim möhür və miniatürləri, Qızıllama, Dəməşq metalı, Zülfüqar üslubu, Yəmən əqiqi,  zərgərlikdə Azərbaycan izi haqqında da danışıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO
İdman / 12.10.2025 08:33
“AzTV”-“Baku TV” ilə, “Yurd.Media”-“Dəmir Yumruq”la bacaracaqmı? 
İdman / 12.10.2025 03:32
“Real TV”, “APA”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
Mədəni / 11.10.2025 23:03
İrəvan xanlığı və qacarlar: tarixi mirasımızın silinməz izləri - VİDEO
İdman / 11.10.2025 09:22
“İctimai TV”-“Vətən” qrupda qalmaq, “Real TV”-“APA” liderlik üçün görüşür
Siyasi, Sosial / 10.10.2025 23:44
“Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - FOTO - VİDEO
Sosial / 10.10.2025 14:42
At belində yurduna qayıtmaq istəyən Sahib Ömərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 10.10.2025 08:58
Şəhid jurnalistlərin Xatirə Turnirində 3-cü tur başlayır
Siyasi, Təhlil / 09.10.2025 23:59
Amerikalılar Zəngəzurda: dəhlizin Mehridən keçən hissəsi bu tarixdə inşa ediləcək - VİDEO
Təhlil / 09.10.2025 14:43
Amerikalılar Zəngəzura görə İrəvanda – ANONS - VİDEO
Siyasi / 08.10.2025 23:20
Paşinyan–Əliyev xətti: sülh müqaviləsi üçün “ev tapşırığı” iddiası - VİDEO
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS - VİDEO
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO