Siyasi 10.10.2025 23:44

“Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qaçqınlıq zamanı hayların əhatəsində məngənədə qalmışdıq” adlı veriliş Loru mahalının Vorontsovka (Kalinino) rayonunun Qızıldaş kənd sakini Sahib Ömərovun həyat hekayəsinə həsr olunub.

 

O, 1960-cı ildə doğulduğunu, zəhmətkeş ailəsində böyüdüyünü deyib, uşaqlıq, məktəb və gənclik illərini xatırladıb: “Kəndimiz dağlar qoynunda yerləşib, meşəyə söykənib və Cürcüstanla həmsərhəd olub. Rayonun sırf azərbaycanlılar yaşayan 9, ermənilər yaşayan 4 kəndi vardı, bundan əlavə, ruslar və malakanlar yaşayırdı. Gözəl adət-ənənələrimiz vardı. Toylar, Novruz bayramı çox gözəl və maraqlı keçirdi”.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda türklərə qarşı münasibət yaxşı olmayıb: “Şagird olanda qonşu kəndə gedib-gələrkən çox əziyyətlər çəkmişik. Avtobusa minərkən ermənilər bizə sataşır, dava edirdilər. Onlar kəmfürsət idilər. Nənəm deyirdi ki, o zaman Ənvər paşanın ordusu qonşu kənddə dayanmışdı. Andranik türk kəndlərinə hücum etmək istəyəndə onlar bir top atıblar, ermənilər qaçıb dağılıblar. Andranik oradan rədd olandan sonra əmin-amanlıq, sakitlik yaranıb. Düşmənin bizə mənfi münasibəti heç vaxt yaddan çıxmır”.

Qızıldaş sakini qaçqınlıq illərində Saratovka kəndində yoldaşı ilə rusdilli məktəbdə müəllim işlədiklərini söyləyib: “Qarışıqlıq düşən vaxt başqa kəndlərin erməniləri gecələr bizi qorxutmaq üçün avtomatlardan atəş açır, çıxın, gedin mesajını verirdilər. Kənddə ot tayalarına gecə od vurur, vahimə yaradırdılar. Artıq burada qalmaq qeyri-mümkün idi. Atam və anam ermənilərin hücumundan sonra Gürcüstanın Qamışlı və Candar kəndinə, oradan da Şamaxıya gəlmişdilər. Amma mən Sartovkada qalmışdım. Dörd tərəfimiz erməni idi. Rus ordusu Axalkalakidən tank alayını bizim kəndə göndərmişdi. Hərbçilərin arasında azərbaycanlı hərbçi vardı. O, bizə ürək-dirək verdi və tankla bizi Gürcüstanla sərhədə gətirdi. Oradan da Bakıya gəldik.”

Heç vaxt yurdunu unutmadığını vurğulayan S.Ömərov bildirib ki, o gözəl cənnət yurdumuzu dədələrimiz, babalarımız qanları ilə alıblar: “Yurdum üçün burnumun ucu göynəyir. İnanıram ki, yaxın illərdə biz ora at belində də olsa, mütləq qayıdacağıq”.

 

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 10-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.10.2025 23:44
“Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - FOTO - VİDEO
Sosial / 10.10.2025 14:42
At belində yurduna qayıtmaq istəyən Sahib Ömərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 10.10.2025 08:58
Şəhid jurnalistlərin Xatirə Turnirində 3-cü tur başlayır
Siyasi, Təhlil / 09.10.2025 23:59
Amerikalılar Zəngəzurda: dəhlizin Mehridən keçən hissəsi bu tarixdə inşa ediləcək - VİDEO
Təhlil / 09.10.2025 14:43
Amerikalılar Zəngəzura görə İrəvanda – ANONS - VİDEO
Siyasi / 08.10.2025 23:20
Paşinyan–Əliyev xətti: sülh müqaviləsi üçün “ev tapşırığı” iddiası - VİDEO
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS - VİDEO
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
İkinci tur başlayır: 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS