Müsahibə 14.10.2025 18:31

“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü Şərif Şərifov olub.

O, İrəvan xanlığının mədəni irsi, İrəvanın incəsənət tarixi, bəşər mədəniyyətinin inkişafında rolu, Qərbi Azərbaycanın qədim abidələrinin saxtalaşdırılması, İrəvanda şəhərsalma tarixindən söz açıb: “Avropa və Asiya mədəniyyətlərinin qaynaşması İrəvan memarlığı üçün xarakterikdir”.

Onun sözlərinə görə, son illərdə İrəvanda aparılan arxeoloji qazıntılar nəticəsində bir dənə qədim erməni artefaktı aşkar edilməyib: “Mirzə Qədim İrəvaninin əsərləri dünyanın ən yaxşı muzeylərini bəzəyir. Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb. İrəvan dağıdılmalı yox, bərpa edilməlidir. Şir və günəş türk xalqlarının totemidir.  Erməni xalqı Türkiyə və İran üçün “cəbhədir”. İrəvanda necə “fars məscidi” ola bilərdi?! Azərbaycanın tarixi abidəsi olan Göy məscid İrəvanın tarixidir. Qərbi Azərbaycandan, o cümlədən İrəvandan görkəmli şəxsiyyətlər yetişib. Onlardan biri olan Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılıb. Onlar Qərbi Azərbaycan ərazisinin kimliyini sübut edir. Aşıq Ələsgərin abidəsi İrəvanda da qoyulmalıdır”.

Ş.Şərifov azərbaycanlıların 100 il ərzində ata-baba yurdlarından qovulmasından söz aşaraq deyib ki, insanların öz doğma yurdlarından didərgin salınması soyqırımdır: “İnsanların öz vətənlərində yaşamaq hüququ var”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə oktyabrın 14-də saat 18:30-da Youtube kanalında rus dilində yayımlanıb.

xxx

«Старый Иреван стёрт с лица земли, но он остался на картинах»

Сегодня Бакинское телевидение подготовило очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Гостем ведущей Эллады Сарван был известный скульптор, заслуженный художник Азербайджана, почётный член Российской академии художеств Шариф Шарифов.

Он рассказал о культурном наследии Иреванского ханства, истории искусства в Иреване, его роли в развитии человеческой культуры, фальсификации древних памятников Западного Азербайджана и истории градостроительства в Иреване: «Слияние Европейской и Азиатской культур характерно для Иреванского зодчества».

По его словам, в результате археологических раскопок, проводимых в Иреване в последние годы, не обнаружено ни одного древнеармянского артефакта: «Работы Мирзы Гадима Иревани украшают лучшие музеи мира. Старый Иреван стёрт с лица земли, но он сохранился на картинах. Нужно было реставрировать Иреван, а не разрушать. Лев и солнце – тотемы тюркских народов. Армянский народ –  «ширма» для Турции и Ирана…. Как в Иреване может быть «фарсидская мечеть»?! Голубая мечеть, исторический памятник Азербайджана – это история Иревана. Из Западного Азербайджана, в том числе и из Иревана, вышли выдающиеся личности. В Баку установлен памятник одному из них, Ашугу Алескеру. Они подтверждают идентичность территории Западного Азербайджана. Памятник Ашугу Алескеру нужно поставить в Иреване…».

Ш. Шарифов, говоря об изгнании азербайджанцев с исконных земель на протяжении 100 лет, заявил, что изгнание людей с родных земель является геноцидом: «Народ имеет право жить на своей родине».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 14 октября в 18:30 на YouTube-канале Baku TV.

 

 

XƏBƏR LENTİ
Müsahibə, Mədəni / 14.10.2025 18:31
“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO
Sosial / 14.10.2025 15:03
İtirilmiş kəndlərin ağrılı tarixçəsi – ANONS
Müsahibə, Mədəni / 14.10.2025 13:45
“Qoca İrəvan rəsmlərdə qalıb” – ANONS - FOTO - VİDEO
İdman / 14.10.2025 09:22
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Müsahibə, Siyasi / 13.10.2025 21:43
“Hüseynquluağalı kəndinin adı bir neçə dəfə dəyişdirilib” - FOTO - VİDEO
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO
İdman / 12.10.2025 08:33
“AzTV”-“Baku TV” ilə, “Yurd.Media”-“Dəmir Yumruq”la bacaracaqmı? 
İdman / 12.10.2025 03:32
“Real TV”, “APA”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
Mədəni / 11.10.2025 23:03
İrəvan xanlığı və qacarlar: tarixi mirasımızın silinməz izləri - VİDEO
İdman / 11.10.2025 09:22
“İctimai TV”-“Vətən” qrupda qalmaq, “Real TV”-“APA” liderlik üçün görüşür
Siyasi, Sosial / 10.10.2025 23:44
“Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - FOTO - VİDEO
Sosial / 10.10.2025 14:42
At belində yurduna qayıtmaq istəyən Sahib Ömərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 10.10.2025 08:58
Şəhid jurnalistlərin Xatirə Turnirində 3-cü tur başlayır
Siyasi, Təhlil / 09.10.2025 23:59
Amerikalılar Zəngəzurda: dəhlizin Mehridən keçən hissəsi bu tarixdə inşa ediləcək - VİDEO
Təhlil / 09.10.2025 14:43
Amerikalılar Zəngəzura görə İrəvanda – ANONS - VİDEO
Siyasi / 08.10.2025 23:20
Paşinyan–Əliyev xətti: sülh müqaviləsi üçün “ev tapşırığı” iddiası - VİDEO
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS - VİDEO
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO