Siyasi 16.10.2025 23:20

Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, süjetdə Ermənistanda demoqrafik fəlakətin yaşanması, bu problemin həlinin Qərbi Azərbaycana dönüşün yeganə çıxış yolu olmasından bəhs edilir.

Bildirilir ki, son illər Ermənistan əhalisinin təbii artımında ciddi problemlər yaranıb: “Bir tərəfdən doğum səviyyəsi azalır, digər tərəfdən ölüm halları artır. Ermənistanda doğum səviyyəsi bu il son 7 ilin ən aşağı səviyyəsinə çatıb. Yeddi ayda cəmi 17568 uşaq doğulub. Bura Qarabağdan Ermənistana qayıdan ermənilərlə bağlı statistika da daxildir. Doğum sayı ötən illə müqayisədə 1000, 2023-cü illə müayisədə 2589, 2022-ci illə müqayisədə 1924, 2021-ci illə müayisədə 2558, 2020-ci illə müayisədə isə 1867 nəfər azdır. Doğum səviyyəsinin aşağı düşməsinin səbəbi iqtisadi və sosial problemlər, gənclər üçün iş şəraitinin olmaması, mənzil problemlərinin artmasıdır.  Bununla yanaşı, 44 günlük müharibədə Ermənistanın verdiyi on minlərlə itki də demoqrafik fəlakətin dərinləşməsinə səbəb olub”.

Qeyd olunur ki, Ermənistanda demoqrafik fəlakətin qarşısını almaq üçün çıxış yollarından biri əcnəbilərin Ermənistanda vətəndaşlıq alması göstərilir: “Bir müddət öncə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirmişdi ki, demoqrafik problemi yalnız mühacirət yolu ilə yaxşılaşdırmaq mümkündür. Onun bu fikri İrəvanda yenidən gündəmə gəlib və Qərbi Azərbaycana dönüşün demoqrafik fəlakətin həll yollarından biri olacağını müzakirə edirlər”.

“168.am” saytı yazır ki, hakimiyyət “əcnəbilər” dedikdə  azərbaycanlıların qayıdışını nəzərdə tutur və onların geri qayıdıb məskunlaşmasına etiraz etmir.

Demoqraf Mikael Malxasyanın sözlərinə görə, Zəngəzur bölgəsində əhalinin hər beş nəfərindən biri bölgəni tərk edir. Statistikaya görə, Zəngəzur bölgəsində yaşayan əhalinin sayı 2011-ci illə müqayisədə 20 faiz azalıb. “Hraparak” nəşri isə yazır ki, Zəngəzur bölgəsində əhalinin azalması xüsusilə 2019-cu ildən sonra sürətlənib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış regionun qaçılmaz rallığıdır və iki ölkə arasında davamlı sülhün  təməl prinsiplərindən biri məhz bu humanitar problemin həllindən asılıdır: “Zəngəzur bölgəsində erməni əhalisinin sürətlə azaldığı sirr deyil: “Qərbi Azərbaycana qayıdış məsələsində azərbaycanlıların boşalan Zəngəzurda – öz doğma yurdlarında məskunlaşması perspektivi mümkün variantlardandır. Bunun baş verməsi həm də Ermənistanda demoqrafik fəlakətin yeganə həll yolu ola bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 16-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Siyasi / 16.10.2025 23:20
Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO
Təhlil / 16.10.2025 14:22
Ermənilər Zəngəzuru sürətlə tərk edir – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 23:10
“Türk” adlı yarımtanrı: Herakl analoqu kim idi? - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 14:56
“Armeniak” arxasında gizlənən tarix – ANONS - VİDEO
Siyasi / 14.10.2025 23:07
Bağçacıq, Bazarkənd toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 14.10.2025 18:31
“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO
Sosial / 14.10.2025 15:03
İtirilmiş kəndlərin ağrılı tarixçəsi – ANONS
Müsahibə, Mədəni / 14.10.2025 13:45
“Qoca İrəvan rəsmlərdə qalıb” – ANONS - FOTO - VİDEO
İdman / 14.10.2025 09:22
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Müsahibə, Siyasi / 13.10.2025 21:43
“Hüseynquluağalı kəndinin adı bir neçə dəfə dəyişdirilib” - FOTO - VİDEO
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO
İdman / 12.10.2025 08:33
“AzTV”-“Baku TV” ilə, “Yurd.Media”-“Dəmir Yumruq”la bacaracaqmı? 
İdman / 12.10.2025 03:32
“Real TV”, “APA”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
Mədəni / 11.10.2025 23:03
İrəvan xanlığı və qacarlar: tarixi mirasımızın silinməz izləri - VİDEO
İdman / 11.10.2025 09:22
“İctimai TV”-“Vətən” qrupda qalmaq, “Real TV”-“APA” liderlik üçün görüşür
Siyasi, Sosial / 10.10.2025 23:44
“Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - FOTO - VİDEO
Sosial / 10.10.2025 14:42
At belində yurduna qayıtmaq istəyən Sahib Ömərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 10.10.2025 08:58
Şəhid jurnalistlərin Xatirə Turnirində 3-cü tur başlayır
Siyasi, Təhlil / 09.10.2025 23:59
Amerikalılar Zəngəzurda: dəhlizin Mehridən keçən hissəsi bu tarixdə inşa ediləcək - VİDEO
Təhlil / 09.10.2025 14:43
Amerikalılar Zəngəzura görə İrəvanda – ANONS - VİDEO
Siyasi / 08.10.2025 23:20
Paşinyan–Əliyev xətti: sülh müqaviləsi üçün “ev tapşırığı” iddiası - VİDEO
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS - VİDEO
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO