İdman 21.10.2025 08:26

Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan  şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol  Turniri davam edir.

Rakus.az xəbər verir ki, xəbər verdiyimiz kimi, oktyabrın 18-də və 19-da 1/4 oyunları baş tutub. Şənbə günü saat 22:00-da “İctimai TV” ilə “APA” görüşüb. Matç 9:0hesabı ilə televiziyaçıların xeyrinə başa çatıb.

18 Oktyabr – 1/4

Bakı Tennis Akademiyası

22:00 – “İctimai TV” – “APA” – 9:0

Qollar: Elmir Məlikov 4, Qərib Orucov, Emil Mirzəyev, Fərman Həxiyev, Ükvi İsmayılov, Teymur Mikayılov.

xxx

Günün ikinci qarşılaşması saat 23:00-da “AzTV”“Zəfər 44” görüşü ilə başlayıb. Qarşılıqlı hücum və bol qol epizodları ilə yadda qalan oyun “AzTV”nin 3:2 hesablı qələbəsi ilə bitib.

Bakı Tennis Akademiyası

18 Oktyabr – 1/4 

23:00 – “AzTV” – “Zəfər 44” – 3:2

Qollar: Sadiq Nağıyev, Elvin Qulusoy, Lətif Qədimov

Babək Əliyev, Ramin Mikayılov

Sarı kart – Tural Abdullayev

Satt 22:00-da və 23:00-da keçirilən oyunları AFFA-nın hakimləri Vüsal Balaşov və Kənan Məlikov idarə ediblər.

xxx

Oktyabrın 19-da ilk görüş saat 22:00-da “Dəmir Yumruq” – “Baku TV” arasında keçirilib və 6:0 hesabı ilə dəmir yumruqluların xeyrinə tamamlanıb.

19 oktyabr – 1/4

Bakı Tennis Akademiyası

22:00 – “Dəmir Yumruq” – “Baku TV” – 6:0

Qollar:  Elçin Cuvarov 3,  Ramiz Hüseynov, İlqar Xələfli, Ziya İlhamoğlu

Sarı kart – Nurani İsgəndərov (“Baku TV”)

xxx

Həftənin son oyunu saat 23:00-da “Real TV” ilə “Veteranlar” arasında olub. “Veteranlar” yaşıl meydanı 10:3 hesablı qələbə ilə tərk ediblər.

Bakı Tennis Akademiyası

19 Oktyabr – 1/4 

23:00 – “Real TV” – “Veteranlar” – 3:10

Qollar: Orxan Qasımov 3, Əsgər İbrahimov 2, Ramiz Vəlizadə 2, İmaməddin Zeynalov, Araz Qurbanov, Zaur Hüseynov.

Əhməd Mahmudov, Bəkir Osmanlı, Elçin Yusifov.

Qırmızı kart – Şükür Məmmədalıyev (“Veteranlar”).

Hər iki oyunu AFFA-nın hakimləri Kənan Məlikov və Elgün Hüzeynov idarə ediblər.

xxx

OYUNLARIN ÜMUMİ TƏQVİMİ

27 sentyabr – AÇILIŞ

A qrupu 19:00 – “Real TV” – “Baku WS”

D qrupu 20:00 –”AzTV” – “AZƏRTAC”

28 sentyabr

C qrupu 22:00 – “Dəmir Yumruq” – “Zəfər 44”

B qrupu 23:00  – “İctimai TV” – “Veteranlar”

4 oktyabr

A qrupu 22:00 – “APA” – “Baku WS”

D qrupu 23:00 – “Baku TV” – “AZƏRTAC”

5 oktyabr

C qrupu 22:00 – “Yurd Media” – “Zəfər 44”

B qrupu 23:00 – “Vətən” – “Veteranlar”

11 oktyabr

A qrupu 23:00 – “Real TV” – “APA”

B qrupu 22:00 – “Vətən” – “İctimai TV”

12 oktyabr

C qrupu 23:00 –  “Dəmir Yumruq” – “Yurd Media”

D qrupu 22:00 – “Baku TV” – “AzTV”

18 oktyabr  –  1/4

B1 – A2  22:00 – “İctimai TV” – “APA”

D1 – C2  23:00 – “AzTV” – “Zəfər 44”

19 oktyabr –  1/4

C1-D2  22:00 – “Dəmir Yumruq” – “Baku TV”

A1 – B2  23:00 – “Real TV” – “Veteranlar”

26 oktyabr – YARIMFİNAL

22:00 A1/B2 – C1/D2  – “Veteranlar” – “Dəmir Yumruq”

23:00 B1/A2 – D1/C2 – “İctimai TV” – “AzTV”

1 noyabr

3-cü yer – 19:00

FİNAL – BAĞLANIŞ – MÜKAFATLANDIRMA – 20:00

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.

2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.

Bu il – 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”“ən çox qol vuran”“ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.

 

 

XƏBƏR LENTİ
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib”
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO - VİDEO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Siyasi / 16.10.2025 23:20
Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO
Təhlil / 16.10.2025 14:22
Ermənilər Zəngəzuru sürətlə tərk edir – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 23:10
“Türk” adlı yarımtanrı: Herakl analoqu kim idi? - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 14:56
“Armeniak” arxasında gizlənən tarix – ANONS - VİDEO
Siyasi / 14.10.2025 23:07
Bağçacıq, Bazarkənd toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 14.10.2025 18:31
“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO
Sosial / 14.10.2025 15:03
İtirilmiş kəndlərin ağrılı tarixçəsi – ANONS
Müsahibə, Mədəni / 14.10.2025 13:45
“Qoca İrəvan rəsmlərdə qalıb” – ANONS - FOTO - VİDEO
İdman / 14.10.2025 09:22
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Müsahibə, Siyasi / 13.10.2025 21:43
“Hüseynquluağalı kəndinin adı bir neçə dəfə dəyişdirilib” - FOTO - VİDEO
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO
İdman / 12.10.2025 08:33
“AzTV”-“Baku TV” ilə, “Yurd.Media”-“Dəmir Yumruq”la bacaracaqmı? 
İdman / 12.10.2025 03:32
“Real TV”, “APA”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
Mədəni / 11.10.2025 23:03
İrəvan xanlığı və qacarlar: tarixi mirasımızın silinməz izləri - VİDEO
İdman / 11.10.2025 09:22
“İctimai TV”-“Vətən” qrupda qalmaq, “Real TV”-“APA” liderlik üçün görüşür