Siyasi 23.10.2025 23:26

“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Türkiyə mediası: Qafandan Naxçıvana qədər xətt Azərbaycana qaytarılır” adlı süjetdə Ermənistan Zəngəzur (Sünik) bölgəsində, təqribən, 1200 kvadrakilometr ərazini Azərbaycana təhvil verəcəyindən, bununla bağlı “böyük regional normallaşma anlaşması” planının hazırlanmasından bəhs edilir.

Bildirilir ki, Türkiyə mediasında yayılan bu iddia Ermənistanda bomba effekti yaradıb. Erməni ekspertlər hesab edirlər ki, Bakı və İrəvan arasında pərdəarxası razılaşmalar var. Bu razılaşmalara əsasən Zəngəzur dəhlizinin keçəcəyi ərazilər Azərbaycanın nəzarətində olacaq. Plana görə, Zəngəzur bölgəsində Qafan şəhərindən başlayaraq, Naxçıvana qədər uzanan xətdə 1200 kvadrakilometr ərazi Azərbaycana veriləcək. Bununla yanaşı, Əlican sərhəd-keçid məntəqəsi ilə Marqara keçid məntəqəsi yaxınlığında kiçik bir ərazi “təhlükəsizlik bölgə” kimi Türkiyənin idarəetməsinə keçəcək”. Bu məlumat fonunda Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin xəritəsini hazırlaması və yerlərin tarixi adlarla qeyd olunması İrəvanda narahatlıq doğurub.

Türkoloq Varujan Qeqamyan, ekspert Beniamin Matevosyan, politoloq Hrant Mikaelyan iddia edirlər ki, Zəngəzur dəhlizi boyunca ərazilərin təhvil verilməsinə hazırlıq gedir: “Vaşinqton razılaşmasının gizli məqamları var. Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etmək öhdəliyi götürsə də, Bakının İrəvana hər-hansı keçid verməsi öhdəliyi yoxdur. Azərbaycan heç bir planından, o cümlədən, Zəngəzur dəhlizinə nəzarət istəklərindən imtina etməyib və  artıq hədəfə çatırlar”.

Qeyd olunur ki, əsas müzakirə mövzularından biri də kilsəyə qarşı atılan addımlardır: “Hakimiyyət-kilsə rəqabətinin tərkib hissəsi kimi görünən keşişlərin həbsi Ermənistanda seçkiöncəsi proseslərə hesablanıb. Paşinyan əsas rəqib kimi gördüyü kilsəni sıradan çıxarır. Çünki erməni revanşizmini dəstəkləyən kilsə Ermənistan-Azərbaycan sülh razllaşmasını da pozmaq cəhdləri edə bilər. Ermənistan müxalifəti isə keşişlərin həbs edilməsi sifarişinin Bakıdan gəldiyi iddiası ilə çıxış edib, hətta keşişlərin həbs edilməsi sifarişini Allahşükür Paşazadənin verdiyini önə çəkiblər”.

Sonda vurğulanır ki, Azərbaycan Ermənistana təkcə regiondakı reallıqları deyil, həm də gündəm mövzularını diktə edir: “Erməni revanşistlərin qorxularına rəğmən, Zəngəzur dəhlizi tezliklə açılacaq, azərbaycanlılar tarixi yurdlarına – Qərbi Azərbaycana qayıdacaq və İrəvan qazılığı ö şəhərində fəaliyyət göstərəcək. Revanşistlərə və revanşizmi körükləyən erməni kilsəsinə regionda yer yoxdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 23-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
İdman / 24.10.2025 09:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində YARIMFİNAL oyunları başlayır
Siyasi, Təhlil / 23.10.2025 23:26
“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO
Təhlil / 23.10.2025 14:22
Zəngəzur həqiqəti və Paşinyan-kilsə mübarizəsi – ANONS - VİDEO
İdman / 23.10.2025 08:14
Xatirə Turnirinin yarımfinalçıları və bombardirlər CƏDVƏLİ
Elm və təhsil / 22.10.2025 23:38
“Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər” - VİDEO
Elm və təhsil / 22.10.2025 14:35
Sevan adı qıpçaqlardan gəlir – ANONS - VİDEO
İdman / 22.10.2025 08:52
Turnirin 1/4 oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 21.10.2025 23:52
Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO
Sosial / 21.10.2025 14:22
Bazarçay necə Vorotana oldu? – ANONS - VİDEO
Hərbi / 21.10.2025 13:36
Hərb tariximizin itirilmiş səhifələri – ANONS
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib” - VİDEO
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO - VİDEO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Siyasi / 16.10.2025 23:20
Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO
Təhlil / 16.10.2025 14:22
Ermənilər Zəngəzuru sürətlə tərk edir – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 23:10
“Türk” adlı yarımtanrı: Herakl analoqu kim idi? - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 14:56
“Armeniak” arxasında gizlənən tarix – ANONS - VİDEO
Siyasi / 14.10.2025 23:07
Bağçacıq, Bazarkənd toponimi – türk tarixinin izi - VİDEO