Siyasi 24.10.2025 23:03

“Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Aşağı Necilidə 7-ci əsrdə tikilən məscid var idi” adlı veriliş Zəngibasar mahalının, Zəngibasar (Masis) rayonunun Aşağı Necili kənd sakini Hüseyn-Xəzər Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, 1963-cü ildə doğulduğunu, 18 yaşınadək kənddə yaşadığını söyləyib və deyib ki, uşaqlıq, yeniyetmə dövrü, gözəl adət-ənənələr, mənəvi dəyərlər, toylar, böyük-kiçik yeri, toylar, şənliklər, fəsillər ilə bağlı gözəl xatırlərimiz var.

Onun sözlərinə görə, erməni vəhşilikləri nəticəsində dəfələrlə hücuma, basqına məruz qalıb qırılan kənd camaatı 2-3 dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb: “1918-ci ildən sonra qaçqınlıq dövrü başlayıb. Atamgilin 11 nəfərlik ailəsi 1918-ci ildə sıxışdırılıb, təzyiqə məruz qalıb İrana qaçqın düşüb, Xoyda, Mərənddə məskunlaşıblar. Qardaş-bacıları Arazdan keçərkən ölüblər. Qalanlar 1921-ci ildən sonra geri qaydıb yenidən Aşağı Necilidə məskunlaşıb, uçulmuş, dağılmış evləri bərpa edib yaşayıb,  məhəllələr salıblar. 1950-ci ilə qədər kənddə bir nəfər də olsun erməni yaşamayıb. Sırf türk-oğuz mənşəli azərbaycanlılar yaşayıb. Aşağı Necilidə 7-ci əsrdə tikilən  məscid var idi”.

Kənd sakini bildirib ki, 1987-ci ildən başlayaraq ermənilər danışıq və hərəkətlərində bizə qarşı son dərəcə aqressiv davranırdılar: “Açıq deyirdilər ki, biz türklərin axırına çıxmalıyıq. Onlar burada yaşaya bilməzlər. Bizə qarşı olan aqressivlik artıq üzə çıxmağa başladı. Yadımdadır ki, uşaqlarla İrəvana getmişdik. Ermənilər Heydər Əliyev barəsində mənfi danışırdılar. Biz onları orada susdurduq. 1987-ci ildə Heydər Əliyev böyük vəzifədə olanda ermənilər narahatlıq keçirirdilər. Yəni ermənilərin bizə qarşı aqressivliyi açıq hiss olunurdu. Bu məsələlər 1988-ci ilin yaz aylarından açıq müstəviyə keçdi və camaatı oradan çıxardılar, işgəncəyə məruz qoydular. Ailəmiz  Naxçıvana, oradanda  Bakıya gəldi”.

H.X.Məmmədov Vətən həsrətindən söz açaraq vurğulayıb ki, gecə, gündüz xəyalən Aşağı Necili həsrəti ilə yaşayırıq: “Orada ata-baba-nənələrimizin qəbirləri,uşaqlıq xatirələrimiz var. O torpaq bizə canımız qədər əzizdir. Orada doğulub, yoğrulmuşuq, böyümüşük. Aşağı Necili ilə nəfəs alırıq və mütləq ora qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 24-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 24.10.2025 23:03
“Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb” - FOTO - VİDEO
Sosial / 24.10.2025 13:22
“Aşağı Necili ilə nəfəs alan Hüseyn-Xəzər Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 24.10.2025 09:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində YARIMFİNAL oyunları başlayır
Siyasi, Təhlil / 23.10.2025 23:26
“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO
Təhlil / 23.10.2025 14:22
Zəngəzur həqiqəti və Paşinyan-kilsə mübarizəsi – ANONS - VİDEO
İdman / 23.10.2025 08:14
Xatirə Turnirinin yarımfinalçıları və bombardirlər CƏDVƏLİ
Elm və təhsil / 22.10.2025 23:38
“Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər” - VİDEO
Elm və təhsil / 22.10.2025 14:35
Sevan adı qıpçaqlardan gəlir – ANONS - VİDEO
İdman / 22.10.2025 08:52
Turnirin 1/4 oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 21.10.2025 23:52
Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO
Sosial / 21.10.2025 14:22
Bazarçay necə Vorotana oldu? – ANONS - VİDEO
Hərbi / 21.10.2025 13:36
Hərb tariximizin itirilmiş səhifələri – ANONS
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib” - VİDEO
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO - VİDEO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Siyasi / 16.10.2025 23:20
Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO
Təhlil / 16.10.2025 14:22
Ermənilər Zəngəzuru sürətlə tərk edir – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 23:10
“Türk” adlı yarımtanrı: Herakl analoqu kim idi? - VİDEO