Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində bu şənbə günü final oyunu və bağlanış mərasimi keçiriləcək.
Rakus.az xəbər verir ki, noyabrın 8-də Bakı Tennis Akademiyasının stadionunda saat 19:00-da üçüncü yer uğrunda görüş olacaq. “Dəmir Yumruq” ilə “İctimai TV” bürünc medal üçün tər tökəcək.
Komandaların heyətləri:
“Dəmir Yumruq” – Hidayət Xudiyev,Şah Xasıyev, Səhman Xasıyev, İlqar Xələfli, Ramiz Hüseynov, Ziya İlhamoğlu, Emin Qasımov, Amid Cəfərov, Elçin Nəsibov, Ramin Qurbanov, Elçin Cuvarov, Samir Həsənov, Murad Vəliyev.

“İctimai TV” – Vüqar Dadaşov, Elmir Məlikov, Maksim Tsurkov, Cəlaləddin İbişov, Tərlan İsmayılzadə, Qərib Orucov, Emil Mirzəliyev, Ülvi İsmayılov, Cavid Abbasov, İdrak Qəniyev, Fərman Həxiyev, Rüstəm Əhmədov, Yusif Cəbrayılov, Teymur Mikayilov.
1 noyabr
3-cü yer
saat 19:00
“Dəmir Yumruq” – “İctimai TV”

xxx
Bu görüşdən sonra final oyununa start veriləcək.
Turnirin güclü komandaları olan “Aztv” ilə “Veteranlar” kubok uğrunda güclərini sınayacaq. Oyun taktikasına və heyət tərkibinə görə bir-birindən fərqlənən komandalardan kimin çempion olacağı maraq doğurur. Bu matç həm də “ən yaxşı oyunçu”, “ən çox qol vuran oyunçu” və “ən yaxşı qapıçı” nominasiyalarının müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Komandaların heyətləri:
“AzTV” – Cavidan Şükürov, Əbilfəz Şamiyev, Tural Abdullayev, Fuad Eldarov, Lətif Qədimov, Sadiq Nağıyev, İbrahim Məmmədov, Dövlət Rzazadə, Həsən Babazadə, Bəhram Cəbrayılov, Mahir Qafarov, Elnur Məmmədov, Elvin Qulusoy, Sərxan Mustafayev.

xxx
“Veteranlar”– İsrafil İsmayılov, Şükür Məmmədalıyev, Ramiz Vəlizadə, Araz Qurbanov, Zaur Hüseynov, Bayram Süleymanov, Heydər Xudiyev, İmaməddin Zeynalov, Natiq Vəliyev, Əsgər İbrahimov, Elçin Alıyev, Rəşad Məmmədalıyev, Orxan Qasimov, Nihad Zeynalov.
1 noyabr
FİNAL
saat 20:00
“AzTV” – “Veteranlar”

xxx
Final qarşılaşması başa çatdıqdan sonra turnirin mükafatlandırma və bağlanış mərasimi keçiriləcək. Qaliblərə və iştirakçılara kubok, medal, təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunacaq.
Tennis Akademiyasında keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcəklər.

xxx

















