Siyasi 06.11.2025 23:38

Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Ermənilər niyə sərhəd kəndlərini tərk edir?” adlı süjetdə Qərbi Azərbaycanın Dərəlyəz bölgəsində azərbaycanlıların məskunlaşmasına hazırlığın aparılması iddiasından bəhs edilir.

Bildirilir ki, iddia erməni jurnalist Sevak Akopyan tərəfindən “Yerevan today” saytında irəli sürülüb: “Erməni jurnalist yazır ki, hakimiyyət Dərələyəz (Vayots Dzor) bölgəsinin Kotanlı (Karmraşen) kəndində məktəbi bağlamaq qərarına gəlib. Bu, sərhəd bölgələrinin sürətlə boşaldığının mənzərəsidir. Baş verənlər həm də azərbaycanlıların qayıdışına hazırlıq kimi görünür. Kəndlərdə azərbaycanlıların qayıdışı haqqında mütəmadi olaraq söhbət gedir. Sakinlər deyirlər ki, məqsəd ermənilərin bu ərazilərdən çıxması, azərbaycanlıların bu bölgələrdə yaşamasıdır. Sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar boş qalan kəndlərə qayıdacaq”.

Qeyd olunur ki, Ermənistan sülh danışıqlarından əldə olunan ciddi nəticələrə əsasən Qərbi Azərbaycana qayıdışı məsələsini arxa fona keçirməyə çalışsa da, rəsmi Bakının gündəliyi dəyişməz olaraq qalır: “Əsas gözlənti odur ki, yekun sülh sazişinin imzalanmasından sonra azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz şəraitdə qayıdışı təmin olunacaq. İstisna deyil ki, ilk qayıdış mərhələsi sərhədyanı ərazilər – Qərbi Zəngəzur, Dərəlyəz və Göyçə istiqaməti ola bilər. Bu baxımdan, adıçəkilən bölgələrdən ermənilərin kütləvi şəkildə köçməsi diqqət çəkir. Görünür, ermənilər də azərbaycanlıların qayıdışına hazırlığın getdiyini anladıqları üçün bölgədən gedirlər”.

Erməni ekspert Raffi-Flip Kalfayan iddia edir ki, rəsmi İrəvanın yerinə yetirməli olduğu şərtlər var və bunlar icra edildikdən sonra Azərbaycan yekun sülhə razı olacaq, Ermənistan ölkənin cənubuna – Qərbi Zəngəzura nəzarəti itirəcək.

Sonda vurğulanır ki, bu iddialar həm daxili siyasətdə Paşinyana qarşı istifadə olunur, həm də Azərbaycan-Ermənistan sülh prosesini pozmaq məqsədilə gündəmə gətirilir: “Zəngəzur dəhlizinin açılması regiona ölkələri üçün yeni dividentlər vəd edir. Ermənistanla davamlı sülhün əldə edilməsi Zəngəzur dəhlizinin açılmasından, eyni zamanda, Konstitusiyanın dəyişdirilməsi və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışından asılıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 6-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir
Müsahibə, Siyasi / 04.11.2025 13:22
“Misirdə imzalanan sənəd çox “kövrəkdir” – ANONS - FOTO
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO
Siyasi, Sosial / 31.10.2025 14:22
“İti üstümüzə qısqırdırdılar” – Müzəffər Qəhrəmanovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Mətbuat / 31.10.2025 11:22
İqtisadiyyat.az 7 yaşını qeyd edir
Təhlil / 30.10.2025 23:44
“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO
Siyasi / 30.10.2025 14:42
Ermənistan bazarına daxil oluruq – ANONS - VİDEO
Elm və təhsil / 29.10.2025 23:51
“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 29.10.2025 14:45
Qaraçılarla ermənilər niyə oxşardır? – ANONS - VİDEO
İdman / 29.10.2025 09:33
Turnirin YARIMFİNAL oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 28.10.2025 23:14
Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 28.10.2025 19:09
“Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır” - FOTO - VİDEO
Sosial / 28.10.2025 14:46
Bayandurdan Vağatura – saxta erməni planı – ANONS - VİDEO