İdman 09.11.2025 10:38

Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol  Turnirində çempion bəlli olub.

Rakus.az xəbər verir ki, noyabrın 8-də bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş Bakı Tennis Akademiyasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra final görüşünə start verilib. “AzTV” və “Veteranlar” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə 3:1 hesabı ilə qələbə qazanan “AzTV” kubokun sahibi olub.

8 noyabr

FİNAL

saat 19:30

“AzTV” – “Veteranlar” – 3:1

Qollar: Cavidan Şükürov 2, Elvin Qulusoy (“AzTV”)

Ramiz Vəlizadə (“Veteranlar”)

Hakimlər: Elgün Hüseynov, Ramil Namazov

Sarı kart: Cavidan Şükürov, Tural Abdullayev (AzTV)

Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Tədbirin təşkilatçısı, Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov yarışın baş tutması və yüksək səviyədə başa çatması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnirə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev, Gənclər və İdman Nazirliyinin  nümayəndəsi Aqşin Fərəcov, Mətbuat Şurasının təmsilçisi İlqar Tağıyev, M. Ə. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Ardanış Futbol Məktəbinin fəxri sədrləri Yunis Aslanov, Sahib Əhmədov, futbol mütəxəssisi Vüqar Hacıyev, Baku TV-nin Departament rəhbəri İman Məcidov və İdman TV-nin direktoru Zaur Zeynal çıxış edərək Zəfər bayramı münasibətilə arzularını çatdırıb, turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə keçidiyini bildirib, iştirakçılara təşəkkür edib, qalib komandaları təbrik ediblər.

Sonra mükafatlandırma olub.

Xatirə turnirində qalib komandalar – birinci yeri tutan “AzTV”, ikinci yerin sahibi “Veteranlar”, üçüncü yeri tutan  “Dəmir Yumruq” və “İctimai TV” komandaları mükafatlandırılıb. Onlara kubok, medal, təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Turnirin “ən nümunəvi komandası” Baku TV seçilib. Dəmir Yumruq” komandasının oyunçusu Şah Xasıyev turnirin “ən yaşlı futbolçusu” elan olunub.

Xatirə turnirinin “ən yaxşı oyunçu”su Cavidan Şükürova (AzTV)  (“Veteranlar”), “ən çox qol vuran” Ramiz Vəlizadəyə (“Veteranlar)” və “ən yaxşı qapıçı” seçilən Natiq Vəliyevə (“Veteranlar”) medal və xatirə hədiyyələri verilib.

Sonda xatirə şəkli çəkdirilib.

Bununla da sentyabrın 27-dən noyabrın 8-dək davam edən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb.

(Bağlanış və mükafatlandırma mərasimi ilə bağlı geniş hesabat növbəti yazıda dərc olunacaq)

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.

2024-cü ildə turnirdə 12 komanda – “Ardanış”, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.

2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmır.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”“ən çox qol vuran”“ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.

 

XƏBƏR LENTİ
İdman / 09.11.2025 10:38
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Hərbi / 08.11.2025 23:21
Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti
Siyasi, Sosial / 07.11.2025 23:03
“Qarabağdan gələn ermənlər kəndlərdə evləri yandırırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.11.2025 14:22
Anasını İrəvan xəstəxanasından qaçıran Zeynal Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir
Müsahibə, Siyasi / 04.11.2025 13:22
“Misirdə imzalanan sənəd çox “kövrəkdir” – ANONS - FOTO
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO
Siyasi, Sosial / 31.10.2025 14:22
“İti üstümüzə qısqırdırdılar” – Müzəffər Qəhrəmanovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Mətbuat / 31.10.2025 11:22
İqtisadiyyat.az 7 yaşını qeyd edir
Təhlil / 30.10.2025 23:44
“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO
Siyasi / 30.10.2025 14:42
Ermənistan bazarına daxil oluruq – ANONS - VİDEO
Elm və təhsil / 29.10.2025 23:51
“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 29.10.2025 14:45
Qaraçılarla ermənilər niyə oxşardır? – ANONS - VİDEO