Müsahibə 11.11.2025 18:52

“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tarix üzrə fəlsəfə doktoru, Bakı Ali Neft Məktəbinin dosenti, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Pərvin Əhənçi olub.

O, Avropa ölkələrində keçirilən bir sıra əhəmiyyətli beynəlxalq konfrans və seminarlarda iştirak etdiyini, Rusiya imperiyasının müstəmləkə siyasəti, Sovet İttifaqının ideoloji hekayələri və Cənubi Qafqazda postsovet yaddaş siyasətindən danışıb: “Krakov, Saloniki və Litva konfransındakı məruzələr maraqla qarşılandı. Avropa akademik auditoriyasının bu imperiya prosesləri daxilində Azərbaycandan köçkünlük və tarixi ədalət mövzusunda fikirlərini eşitməsi vacib oldu.  Bu platformalar həqiqətlərin təbliği baxımından mühüm rol oynayır. Avropa bizə yaxındır, lakin ictimaiyyəti bizim haqqımızda az şey bilir”.

Onun sözlərinə görə, bir ölkə haqqında mənbədən məlumat əldə etmək vacibdir: “Ermənistandan məcburi köçürülmə problemi var. Çarizm dövründə Azərbaycan imperiyanın periferiyası hesab olunurdu. Sovet dövründə “dostluq”, “birlik” və “bərabərlik” kağız üzərində qalırdı. Azərbaycan Cənubi Qafqazda aparıcı oyunçudur. İmperiya siyasəti bəzi xalqların hüquqlarını pozur, digərlərinin hüquqlarını isə yüksəldir. Xalqları deportasiya etməklə onların tarixi yaddaşı silinib. SSRİ-də muzeylər ideoloji zorakılıq mənbəyi idi. Bu gün onlar yaddaş məkanıdır. Azərbaycan əsl tarixi məhv etmir, əksinə yenidən yaşadır. Azərbaycan, Ermənistan və Gürcüstan sovetləşmədən imtina siyasəti yürüdür. Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu”.

P.Əhənçi ABŞ-dakeçiriləcək tədbirə qatılacağını vurğulayıb və deyib ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsi beynəlxalq səviyyədə Vaşinqtonda qaldırılacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə noyabrın 11-də saat 18:30-da Youtube kanalında rus dilində yayımlanıb.

xxx

«Имперская политика Советов привела к конфликту между Азербайджаном и Арменией» 
Сегодня на Бакинском телевидении в рамках проекта Хроника Западного Азербайджана вышел очередной выпуск на русском языке.
Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван была Парвин Аханчи, доктор философии по истории, доцент Бакинской высшей школы нефти, ведущий научный сотрудник Института истории и этнологии имени А.А. Бакиханова Национальной академии наук.
Она рассказала о своём участии в ряде важных международных конференций и семинаров, проведённых в европейских странах, посвящённых колониальной политике Российской империи, идеологическим нарративам Советского Союза и постсоветской политике памяти на Южном Кавказе: «Доклады на конференциях в Кракове, Салониках и Литве были встречены с интересом. Для европейской академической аудитории было важно услышать о вытеснении азербайджанцев и исторической справедливости в рамках этих имперских процессов. Эти площадки играют важную роль в продвижении истины. Европа недалеко от нас, но её общественность знает мало о нас». По её словам, важно получать информацию о стране из первоисточника: «Существует проблема принудительного переселения из Армении. В царское время Азербайджан считался периферией империи. В советское время «дружба», «единство» и «равенство» оставались на бумаге. Азербайджан – ведущий игрок на Южном Кавказе. Политика империи нарушает права одних народов и возвышает права других. Депортируя народы, стирали их историческую память. В СССР музеи являлись источником идеологического насилия, ныне – пространством памяти. Азербайджан не разрушает, а переосмысливает истинную историю Азербайджан, Армения, Грузия проводят политику  десоветизации. Имперская политика Советов привела к конфликту между Азербайджаном и Арменией».
П. Аханчи подчеркнула, что примет участие в мероприятии, которое состоится в США, и сообщила, что вопрос возвращения западных азербайджанцев будет поднят на международном уровне в Вашингтоне.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.
Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.
Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.
Передача вышла в эфир 11 ноября в 18:30 на YouTube-канале Baku TV.

XƏBƏR LENTİ
Müsahibə / 11.11.2025 18:52
“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO
Siyasi, Sosial / 11.11.2025 14:42
Türk yurdu niyə Hovtun oldu? – ANONS
İdman / 11.11.2025 14:06
Şəhid Jurnalistlərin Xatirəsinə 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 11.11.2025 13:22
Qafqazda sovetləşmədən imtina siyasəti – ANONS - VİDEO
Mədəni / 11.11.2025 10:51
Ana diləyi: “Xoşbəxt böyü bal qızım” - FOTO
İdman / 09.11.2025 10:38
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Hərbi / 08.11.2025 23:21
Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti - VİDEO
Siyasi, Sosial / 07.11.2025 23:03
“Qarabağdan gələn ermənlər kəndlərdə evləri yandırırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.11.2025 14:22
Anasını İrəvan xəstəxanasından qaçıran Zeynal Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir
Müsahibə, Siyasi / 04.11.2025 13:22
“Misirdə imzalanan sənəd çox “kövrəkdir” – ANONS - FOTO
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO
Siyasi, Sosial / 31.10.2025 14:22
“İti üstümüzə qısqırdırdılar” – Müzəffər Qəhrəmanovun “Həyat Hekayəsi” – ANONS - FOTO