Elm və təhsil 12.11.2025 23:39

“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy Urartu dili haqqında danışıb.

O bildirib ki, Urartu dili qədim türklərin izləridir: “Urartu erməni, yox, türk dövlətidir. Urartu yazılarında gizlənən türk sözləri var. Tarixdən həqiqətlər silinib. Urartu mənbələrində Kür və Araz çay adlarının əsl mənşəyi göstərilir. Urartu mixi yazılarında Ulduz, Ay, Günəş türk semantikasının sübutudur”.

Onun sözlərinə görə, Zəngəzur adı uydurmadır: “Qədim xəritələrdə bu sirr açılır. Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb. Van, Araz, Kür qədim türk nəsillərinin coğrafiyasıdır. Qafqaz sadəcə dağ deyil, qədim Ttrk xalqının adıdır”.

Professor İtaliyanın Qafqaz şəhərində kimlərin yaşamasından,  azərbaycanlıların Troyadan İtaliyaya uzanan qədim köç marşrutundan, Siciliyada Karaman şəhəri və türklərin unudulmuş izindən, Durna şəhəri və Alban irsi, İtaliyanın türk qatlarından, İspaniyada Kür nəsli və Azərbaycanla bağlı elmi möcüzədən söz açıb.

İ.Cəfərsoy Van gölü ətrafındakı sirrə, Urartunun əsl sahiblərinin kim olduğuna, “qədim erməni mənbələrində ermənicə söz niyə yoxdur”, eləcə də “ermənilər niyə akademik Marın adını lənətləyirdi” suallarına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 12-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 12.11.2025 23:39
“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Elm və təhsil / 12.11.2025 14:37
Tarixdən silinən həqiqətlər – ANONS - VİDEO
İdman / 12.11.2025 09:22
Minifutbol Turnirinin FİNAL oyunu – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2025 01:02
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Siyasi, Sosial / 11.11.2025 21:54
Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO
Müsahibə / 11.11.2025 18:52
“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO
Siyasi, Sosial / 11.11.2025 14:42
Türk yurdu niyə Hovtun oldu? – ANONS - VİDEO
İdman / 11.11.2025 14:06
Şəhid Jurnalistlərin Xatirəsinə 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 11.11.2025 13:22
Qafqazda sovetləşmədən imtina siyasəti – ANONS - VİDEO
Mədəni / 11.11.2025 10:51
Ana diləyi: “Xoşbəxt böyü bal qızım” - FOTO
İdman / 09.11.2025 10:38
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Hərbi / 08.11.2025 23:21
Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti - VİDEO
Gündəm / 08.11.2025 01:02
Azərbaycanda Zəfər Günüdür
Siyasi, Sosial / 07.11.2025 23:03
“Qarabağdan gələn ermənlər kəndlərdə evləri yandırırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.11.2025 14:22
Anasını İrəvan xəstəxanasından qaçıran Zeynal Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir