Siyasi 17.11.2025 22:34

“Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir” - VİDEO

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov olub. O, təmsil etdiyi İcmanın 2025-ci ildəki fəaliyyətindən, o cümlədən ölkə daxilində və xaricdə həyata keçirilən tədbirlərdən söhbət açıb.

Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliğ olunduğunu diqqətə çatdıran müsahib indiyə qədər İcma tərəfindən 329 bəyanat səsləndirildiyini vurğulayıb. Qeyd edib ki, görülən işlər çərçivəsində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildi hazırlanıb, cari ilin iyun ayında təqdimat mərasimi keçirilib. Bu vəsaitdə indiki Ermənistan ərazisində soydaşlarımıza məxsus 700-dən artıq məzarlığın tədqiqi əksini tapıb. Həmin məzarlıqların indiki acınacaqlı halı, vandalizmə məruz qalması konkret faktlarla geniş auditoriyaya çatdırılıb. Bu sanballı tədqiqat əsərinin Azərbaycanın bütün rayonlarında, eləcə də xaricdə təbliğinə start verilib.

Q.Qasımov Qərbi Azərbaycan İcması təmsilçilərinin, həmçinin Azərbaycanın rəsmi şəxslərinin iştirakı ilə 2025-ci ildə İordaniya, Qambiya, Türkiyə, İsveçrə və sair ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Qərbi Azərbaycan məsələsinin gündəmə gətirildiyini, Avropanın paytaxt şəhərlərində, siyasi mərkəzlərində soydaşlarımızın hüquqlarının təmin olunmasına dair müzakirələrin təşkil olunduğunu söyləyib. O deyib ki, beynəlxalq ictimaiyyət Qərbi Azərbaycanın əzəli sakinlərinin qayıdış hüququnu birmənalı dəstəkləyir. Çünki bu, beynəlxalq hüququn tələbidir. Təəssüf ki, Ermənistan tərəfindən indiyə qədər bu hüququn təmin olunmaması soydaşlarımıza qarşı törədilən cinayətlərin davamlılığını ortaya qoyur.

Müsahib bildirib ki, bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır. Ona görə də Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının çağırışlarına cavab verməli, soydaşlarımızın geriyə qayıtma hüququnu tanımalıdır. Aparat rəhbərinin qənaətincə, rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir. Əgər Ermənistan cəmiyyətində hökm sürən revanşist əhvali-ruhiyyə davam edərsə, İrəvan Vaşinqtonda imzalanan sazişdən, ümumən sülhdən qaçarsa, o zaman bu ölkə daha böyük faciələrlə üzləşəcək.

Q.Qasımov qeyd edib ki, Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasına uyğun olaraq fəaliyyətini bundan sonra da davam etdirəcək, soydaşlarımızın geriyə qayıtmaq hüququ uğrunda mübarizə aparacaq. Onun sözlərinə görə, qayıdış hüququ heç bir halda ərazi iddiası kimi qəbul edilməməlidir. Soydaşlarımızın qayıdış hüququ inkar oluna bilməz. O, cari ilin dekabr ayında Qərbi Azərbaycan məsələsinə dair ölkəmizdə sayca üçüncü beynəlxalq konfransın təşkil olunacağını da diqqətə çatdırıb. Bildirib ki, bu cür beynəlxalq konfranslar geriyə qayıdış hüququnun müzakirə olunduğu mühüm platforma, həqiqətlərimizin dünyaya çatdırılması üçün əlverişli imkandır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 17-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Video müsahibə / 17.11.2025 22:34
“Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir” - VİDEO
Gündəm / 17.11.2025 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - VİDEO
Hərbi / 15.11.2025 23:15
Azərbaycanda silah istehsalının erkən mərhələləri - VİDEO
Siyasi, Sosial / 14.11.2025 23:46
“Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.11.2025 14:22
Uşaqlıqda adını qayalara yazan Elmar Əliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.11.2025 23:53
“Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar” - VİDEO
İdman / 13.11.2025 17:38
Telekanal və saytların 4-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Siyasi / 13.11.2025 14:47
“Ermənilərin iddiası: “Azərçay” içəcəyik” – ANONS - VİDEO
Elm və təhsil / 12.11.2025 23:39
“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Elm və təhsil / 12.11.2025 14:37
Tarixdən silinən həqiqətlər – ANONS - VİDEO
İdman / 12.11.2025 09:22
Minifutbol Turnirinin FİNAL oyunu – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2025 01:02
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Siyasi, Sosial / 11.11.2025 21:54
Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO
Müsahibə / 11.11.2025 18:52
“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO
Siyasi, Sosial / 11.11.2025 14:42
Türk yurdu niyə Hovtun oldu? – ANONS - VİDEO
İdman / 11.11.2025 14:06
Şəhid Jurnalistlərin Xatirəsinə 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 11.11.2025 13:22
Qafqazda sovetləşmədən imtina siyasəti – ANONS - VİDEO
Mədəni / 11.11.2025 10:51
Ana diləyi: “Xoşbəxt böyü bal qızım” - FOTO
İdman / 09.11.2025 10:38
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Hərbi / 08.11.2025 23:21
Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti - VİDEO
Gündəm / 08.11.2025 01:02
Azərbaycanda Zəfər Günüdür
Siyasi, Sosial / 07.11.2025 23:03
“Qarabağdan gələn ermənlər kəndlərdə evləri yandırırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.11.2025 14:22
Anasını İrəvan xəstəxanasından qaçıran Zeynal Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO