Elm və təhsil 02.12.2025 18:15

“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Dünya tarixi” şöbəsinin müdiri İradə Bağırova olub.

O, Cənubi Qafqaz ölkələri arasında inteqrasiya və qarşılıqlı əlaqə təcrübəsinin postsovet dövründə tarixçilər tərəfindən bəzi cəhdlər edilsə də kifayət qədər öyrənilmədiyini təəssüflə qeyd edib, 1917-1918-ci illərdə dövlət müstəqilliyi elan edən ölkələrin hansı ortaq problem və fikir ayrılıqları ilə üzləşməsindən danışıb.

Tarixçi Zaqafqaziya Seymi və ilk Zaqafqaziya Federasiyasının dağılma səbəbləri, qarşısında duran  vəzifələr, sovet işğalından sonra onların birləşməsinə kömək edən amillərdən söz açıb: “Postsovet dövründə inteqrasiyaya az diqqət yetirilirdi. Fikir ayrılıqları Zaqafqaziya respublikalarının birləşməsinə mane olurdu. Zaqafqaziya Federasiyası daxili ziddiyyətlər və xarici təzyiq səbəbindən dağıldı. Zaqafqaziya Federasiyası dövründə millətlərarası münaqişələr baş vermədi. İttifaqın dağılmasından sonra millətlərarası münaqişələr yenilənmiş güclə alovlandı. Məcburi kollektivləşmə kütləvi müqavimət hərəkatlarına səbəb oldu”.

İ.Bağırova bildirib ki, Qarabağ münaqişəsinin başa çatmasını və Vaşinqtonda sülh müqaviləsinin razılaşdırılmasını nəzərə alsaq, yeni mərhələdə Cənubi Qafqaz İttifaqının yaradılması mümkündür: “Ümumi Qafqaz Evi” yaratmaq ideyası vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Bu gün Cənubi Qafqaz ölkələri daxili motivasiyaya əsaslanaraq çiçəklənə bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 2-də saat 18:45-də Youtube kanalında rus dilində yayımlanıb.

«Попытки создания «Общего Кавказского Дома»  предпринимались ещё Г.Алиевым» — Хроника Западного Азербайджана

Сегодня на Бакинском телевидении вышел очередной выпуск на русском языке в рамках проекта Хроника Западного Азербайджана.

Гостьей ведущей Эллады Сарван была Ирада Багирова, доктор исторических наук, заведующая отделом «Всемирной истории» Института истории им. А. Бакиханова Национальной Академии наук Азербайджана.

Она с сожалением отметила, что несмотря на отдельные попытки историков в постсоветский период, опыт интеграции и взаимодействия стран Южного Кавказа изучен недостаточно, и рассказала об общих проблемах и разногласиях, с которыми столкнулись страны, провозгласившие свою независимость в 1917–1918 годах.

Профессор рассказала о причинах распада Закавказского сейма и первой Закавказской федерации, стоявших перед ними задачах и факторах, способствовавших их объединению после советской оккупации: «В постсоветский период интеграции уделялось мало внимания. Разногласия препятствовали объединению закавказских республик. Закавказская федерация распалась из-за внутренних противоречий и внешнего давления. В период существования Закавказской федерации межэтнических конфликтов не было. После распада союза межэтнические конфликты вспыхнули с новой силой. Насильственная коллективизация привела к массовым движениям сопротивления».

И. Багирова отметила, что, учитывая завершение карабахского конфликта и заключение мирного договора в Вашингтоне, создание Южно-Кавказского союза на новом этапе возможно: идея создания «Общего кавказского дома» была в своё время выдвинута общенациональным лидером Гейдаром Алиевым. Сегодня Регион Южного Кавказа может стать процветающим исходя из внутренних побуждений стран.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 2 декабря в 18:15 на YouTube-канале Baku TV.

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Mədəni, Sosial / 19.11.2025 23:04
Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO
Sosial / 19.11.2025 18:25
Hümbət Hüseynov AQBMA-nın sədri seçilib
Sosial / 19.11.2025 14:35
Ermənilər Anavəngdə türk adlarını silə bilmir – ANONS - VİDEO