Elm və təhsil 29.12.2025 10:20

Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO

Bu ilin oktyabr-dekabr aylarında Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Elm və Təhsil Nazirliyi ilə birlikdə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika Uşaq yaradıcılıq müsabiqəsi keçirilib.

Rakus.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblillər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstəkdir. Məktəblilər təqdim etdiyi işlərdə həyatımızın aktual problemi olan fövqəladə halları göstərməklə yanaşı, xilasedici və yanğınsöndürənlərin fədakarlıq və peşəkarlığını da təsvir ediblər. Müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq” nominasiyaları üzrə işlər təqdim olunub.

Müsabiqədə Bakı şəhəri 100 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Vəli Qoşqar oğlu Abduyev  “Yanğınsöndürənlərin yanan binanın söndürülməsi ” maketi ilə qatılıb. Onun düzəltdiyi maket müsabiqənin münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilərək II yerə layiq görülüb. O, FHN,  Elm və Təhsil Nazirliyinin  Fəxri Fərmanı ilə təltif olunub.

Bununla əlaqədar dekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında geniş tədbir təşkil edilib. Müxtəlif nominasiyalarda iştirak edən və yüksək yerləri tutan şagirdlərə, o cümlədən Vəli Abduyevə  Fəxri Fərman və hədiyyələr təqdim olunub. Bundan əlavə, Vəlinin şəkili və düzəltdiyi maket bu tədbir haqqında xüsusi hazırlanan kitabda çap olunub.

Göyçə mahalının Ardanış kəndində anadan olan araşdırmaçı Qoşqar Abduyevin oğlu olan Vəli Bakıda doğulub. Bu il dekabrın 28-də onun 10 yaşı tamam olub. Vəli yaradıcılıq qabiliyyəti, gələcəyə yönəlik düşüncələri, bacarıq və istedadı ilə fərqlənir. O, orta məktəb səviyyəsində dəfələrlə sertifikatlara, diplomlara layiq görülüb. Hələ kiçik yaşlarından elimizin-obamızın adını uca tutan, fitri istedadı ilə seçilən gözəl balamızı doğum günü münasibətilə təbrik edir, qazandığı mükafat və hədiyyələrlə bizi sevindirdiyi üçün minnətdarlığımızı bildiririk. Əminik ki, Vəli gələcək yaradıcılığında daha mötəbər yarışlarada iştirak edəcək, bilik və bacarığı yeni-yeni uğurlar qazanacaq. Bu yolda ona möhkəm cansağlığı diləyirik.

Xatırladaq ki, ingilis, türk dillərində sərbəst danışan Vəlinin ən böyük arzusu konstruktor olmaqdır. O, müxtəlif təyyarə, gəmi, maşın və digər müasir qurğu və mexanizmlərin maketini qurur.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Siyasi, Sosial / 28.12.2025 17:41
Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 23:54
Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 14:51
Rusların Qafqazda erməni kartı – ANONS - VİDEO
Gündəm / 24.12.2025 00:01
Prezident İlham Əliyevin doğum günüdür - FOTO
Siyasi, Sosial / 23.12.2025 23:18
Baharlı və Bahar bəyin bağları – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 18:40
“Şaumyanın transformasiyası- “ilahilik”dən təcavüzə” - FOTO - VİDEO
Sosial / 23.12.2025 14:46
Baharlı tayfasının Zəngəzurda saldığı kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 13:22
Şaumyan – təcavüzkara dönən obraz – ANONS - VİDEO
Müsahibə / 22.12.2025 23:51
“Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Hərbi / 20.12.2025 23:10
Qarabağ adı silah üzərində niyə təsvir olunurdu? - VİDEO
Siyasi, Təhlil / 18.12.2025 23:51
“İrəvanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi “yol xəritəsi”nin hədəfi nədir?” - VİDEO
Mətbuat / 18.12.2025 17:35
“Global Media Group”dan 55 nəfər mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib - FOTO
Siyasi / 18.12.2025 14:22
Paşinyanın “yol xəritəsi” – ANONS - VİDEO
Gündəm / 17.12.2025 23:29
1828-ci ildən sonra Qərbi Azərbaycanda başlayan proseslər - VİDEO
Elm və təhsil, Mətbuat / 17.12.2025 15:05
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – GENİŞ HESABAT - FOTO - VİDEO
Elm və təhsil / 17.12.2025 14:22
“Erməni vilayəti” niyə yaradıldı? – ANONS
Siyasi, Sosial / 16.12.2025 22:35
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu – türk tarixinin izi - VİDEO
Siyasi / 16.12.2025 19:02
“Yüz il əvvəl hüquqi qüvvəsini itirən müqavilələr təəssüf ki, bu gün də qüvvədədir” - FOTO - VİDEO
Sosial / 16.12.2025 14:16
Bacoğlu necə Haykavan oldu? – ANONS - VİDEO