Siyasi 08.01.2026 23:22

“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, süjetdə 2026-cı ilin Qərbi Azərbaycana qayıdış prosesinin praktiki müstəvidə reallaşması ili olacağından bəhs edilir.

Bildirilir ki, Azərbaycan və Ermənistan arasında ötən ilin  avqustunda imzalanan Vaşinqton anlaşmalarından sonra sülh sazişinin icrası ilə bağlı müəyyən addımlar atılır, regional kommunikasiyanın açılması, Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikinti işlərinə bu il başlanacağı gözlənilir.

Qeyd olunur ki, ABŞ rəsmilərinin son dövrlər İrəvana səfərləri Zəngəzur dəhlizinin inşaat işlərinin intensivləşdirilməsi ilə bağlıdır: “Bunun fonunda neft məhsullarının ixracı Bakı-İrəvan xəttində sülhün praktiki müstəvidə icrası kimi qəbul olunur. Ticarət münasibətlərinin yaranması, eləcə də iki ölkə arasında etimad quruculuğu istiqamətində atılan addımlar yekun sülh müqaviləsini daha da yaxınlaşdırır. Fevralda ABŞ-dan yüksək səviyyəli rəsminin Ermənistana səfəri gözlənilir və məqsəd Ermənistanda ABŞ siyasətinin həyata keçirilməsi, eləcə də Zəngəzur dəhlizi  olacaq”.

Diqqətə çatdırılır ki, Ermənistanda parlament seçkiləri bu ilin iyun ayında keçiriləcək və İrəvanda parlament seçkilərindən sonra azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının əsas gündəm olacağını düşünürlər.

“Yerevan today” saytının redaktoru Sevak Hakobyan, jurnalist Hakob Badalyan Azərbaycanın Ermənistana neft məhsullarını ixrac etməsindən yazır və qeyd edirlər ki, prosesin sonunda azərbaycanlıların qayıdışı reallaşacaq: “Paşinyan seçkidə qalib gəldikdən sonra yeni Konstitusiyanı qəbul etdirəcək və azərbaycanlıların Ermənistana, Qərbi Azərbaycana qayıdışına start veriləcək. Azərbaycanın əsas planları arasında Göyçə gölünün suyundan, eləcə də Zəngəzur bölgəsindəki yeraltı sərvətlərdən birgə istifadə etməyə nail olmaqdır. Nikol Paşinyan və İlham Əliyev azərbaycanlıların qayıdışı da daxil olmaqla bu məsələlərdə razılaşacaqlar”.

Sonda vurğulanır ki, bütün bunlar 2026-cı ilin Qərbi Azərbaycana qayıdış məsələsində həlledici dövr olduğunu deməyə əsas verir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 8-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 08.01.2026 23:22
“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO
Siyasi / 08.01.2026 14:22
Bu il Qərbi Azərbaycana qayıdışla bağlı nələr gözlənilir? – ANONS - VİDEO
Elm və təhsil / 07.01.2026 22:58
“Hay etnogenezi mifdir və süni tarixi prosesdir” - VİDEO
Elm və təhsil / 07.01.2026 14:22
Hay–erməni fərqi niyə gizlədilir? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.01.2026 23:42
Başkənd toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 06.01.2026 14:22
Ermənilər türk kəndini 4 formada necə dəyişdirdi? - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 05.01.2026 23:28
“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO
Mətbuat / 05.01.2026 10:04
Baku.ws saytının 22 yaşı tamam olur
Gündəm / 01.01.2026 00:01
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Siyasi, Sosial / 31.12.2025 22:19
“Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar” - VİDEO
Siyasi / 31.12.2025 14:22
Ermənilər erməni olmaq istəmirlər – ANONS - VİDEO
Gündəm / 31.12.2025 00:02
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Siyasi, Sosial / 30.12.2025 23:31
Baş Abaran, Baş Abdalar, Başkənd – türk tarixinin izi - VİDEO
Elm və təhsil / 30.12.2025 16:00
Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO
Sosial / 30.12.2025 14:22
X əsrdən yadigar qalan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 29.12.2025 23:32
“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Siyasi, Sosial / 28.12.2025 17:41
Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 23:54
Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 14:51
Rusların Qafqazda erməni kartı – ANONS - VİDEO