Mədəni 28.03.2026 23:19

Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Qərbi Azərbaycanda cıdır tamaşalarından söz açıb.

O, gilas yetişənə qədər bayramlaşmaq adətinin mənası, kosa-keçəl mərasimi qədim türk təfəkkürünün hansı qatlarını üzə çıxarması, Novruzdan sonra suya danışılan yalanların sirri, eləcə də səməninin niyə məhz axar suya atılması ilə bağlı  suallara aydınlıq gətirib.

A.Cəfərova  bildirib ki, Qərbi Azərbaycanda cıdır tamaşaları Novruzda güc nümayişi anlamı daşıyır: “Novruzdan 13 gün sonra  “yalan yuma” mərasimi keçirilir. Novruzun gizli ayinləri və suya danışılan yalanların sirri böyükdür. Qərbi azərbaycanlıların Novruz süfrəsində fərqli dadlar və mənalar olur. Buğakar pirində 40 gecə yatmaq inancının mənası ziyarətgahda gerçəkləşən arzu ritualıdır.”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 28-də saat 18:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 28.03.2026 23:19
Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO
Siyasi, Sosial / 27.03.2026 23:15
“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.03.2026 14:22
“Nəvələrim də baba yurduna qayıtmaq istəyir” – Şaban Həsənovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 23:52
Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 14:22
Bozburun dağının Yerax olma sirri – ANONS - FOTO - VİDEO
Mədəni, Sosial / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri - VİDEO
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS