Siyasi 03.04.2026 23:36

“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ulu öndər o vaxt rayon rəhbərliyinə zəng etmişdi ki, əhaliyə toxunmayın” adlı veriliş Zəngəzur mahalı, Qarakilsə (Sisian) rayonu, Şəki kənd sakini  Sənubər Əliyevanın həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə anadan olduğunu, 5 yaşından Şəki kəndində büyüdüyünü deyib: “Orta məktəbdə ermənlərlə ayrı oxuyurduq: “Məktəbin direktoru və müəllimlər ermənilər idi. Onlar çalışırdılar ki, biz erməni dilində danışaq. Azərbaycan dilini istəmirdilər. Uşaqlar arasında yarış, çempionat olanda həmişə birinci yerdə olurduq və ermənlər çox paxıllıq edirdilər”.

Onun sözlərinə görə, kənddə 335 evin 75-i erməni, əhalinin çoxu azərbaycanlılar idi: “Kənddə 10 tayfa vardı və məhəllələr onların adlarını daşıyırdı. 1905-1906, 1918-1919-cu illərdə erməni təcavüzünə məruz qaldığına görə azərbaycanlılar kənddən köçüblər. Babam həmişə danışırdı ki, 1918-ci ildə erməni daşnakları azərbaycanlıları Hortuyüz kəndi ərazisindəki Camış qayasından ataraq, kəndi yerlə-yeksan edib”.

Kənd sakini zaman-zaman erməni vəhşiliyi ilə üzləşdiklərini, nəhayət, 1988-ci ildə bunun yenidən başladığını bildirib: “O zaman 6 aylıq hamilə idim. Ermənilərdən qorunmaq üçün gecələr qarajda yatırdıq. Çünki ermənilər bizi gecə evdə güllələmək, öldürmək istəyirdilər. Onlar bizim say artımını istəmir, soykökümüzü kəsmək istəyirdilər. Gecənin birində qarajları gülləbaran etdilər. Biz məcbur qalıb Naxçıvana getdik və bir aydan sonra yenidən kəndə qayıtdıq. Bakı şəhərindən Ulu öndərimiz rayon rəhbərliyinə zəng edib ki, azərbaycanlılara toxunmayın, oradakı hamilə qadınlara dəyməyin. Mən orada öz övladımı dünyaya gətirdim. Biz 6 ay erməni vəhşiliyindən əziyyət çəkdik. Nəhayət, 1988-ci il noyabrın 7-də gecəyarısı əliyalın evdən çıxdıq və Sumqayıt şəhərinə pənah gətirdik”.

S.Əliyeva Vətən həsrətiilə yaşadığını, boya-başa çatdığı kəndə qayıdıb ürək yanğısı ilə bulaqların suyundan içmək istədiyini söyləyib: “Ən böyük arzum Vətənə qayıdıb, oradan torpaq gətirib, kəndimizin 13 şəhidinin, o cümlədən şəhid həyat yoldaşımın qəbirləri üstünə səpməkdir. Allahın köməyi ilə bu arzuma çatacağam”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 3-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO
Gündəm / 31.03.2026 00:02
Azərbaycanlıların soyqırımı günüdür - FOTO - VİDEO
Mədəni / 30.03.2026 14:26
Xalq artisti Rasim Balayev dəfn edilib – YENİLƏNİB - FOTO
Mədəni / 28.03.2026 23:19
Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO
Siyasi, Sosial / 27.03.2026 23:15
“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.03.2026 14:22
“Nəvələrim də baba yurduna qayıtmaq istəyir” – Şaban Həsənovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 23:52
Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 14:22
Bozburun dağının Yerax olma sirri – ANONS - FOTO - VİDEO
Mədəni, Sosial / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri - VİDEO
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO