UEFA rəsmiləri stadionu qiymətləndirdilər
Bakı UEFA Avropa Liqasının final matçına tam hazırdır.
Rakus.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.
A.Rəhimov qeyd edib ki, Bakı bundan əvvəl Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi edib.
Nazir bildirib ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək.
Onun sözlərinə görə, UEFA rəsmiləri bundan əvvəl oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunu yoxlayıb və stadiona 5 ballıq cədvəl üzrə 4.5 bal veriblər:
“Azərbaycanlı futbolsevərlər də bu matçın keçirilməsini səbirsizliklə gözləyirlər”.
Xatırladaq ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.