Çempionlar Liqasının finalı 2021-də İsveçdə olacaq
UEFA Çempionlar Liqasının qadın futbolçular arasında 2021-ci ildə keçiriləcək finalına İsveçin Höteburq şəhəri ev sahibliyi edəcək.
Rakus.az xəbər verir ki, bu barədə qərar UEFA-nın Bakıda təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
“Qamla Ullevi” stadionunda keçiriləcək oyun Höteburq şəhərinin 400 illiyinə həsr olunacaq.
2010-cu ildən kişilər və qadınlar arasında Çempionlar Liqasının final oyunu eyni stadionda təşkil olunurdu. Ancaq cari ildə bu qərar dəyişdirilib. Belə ki, Çempionlar Liqası yarışlarının 2018-2019-cu il mövsümün qalibi Macarıstanın paytaxtı Budapeştdə müəyyənləşib. “Lion” komandası “Barselona”nı məğlub edərək turnirin qalibi olub. Gələn il final oyununa Avstriyanın paytaxtı Vyanadakı “Viola Park” arena ev sahibliyi edəcək.
İsveç qadınlar arasında Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək.