Gündəm 31.05.2019 16:48

“Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” müzakirə edildi - FOTO

Bugün “Hilton” mehmanxanasında Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilmişdir. Konfransda Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən, müxtəlif dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmiş, tədbirin işıqlandırılması üçün kütləvi informasiya vasitələri dəvət edilmişdir.

Rakus.az xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti, Fərmanda qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra Azərbaycan Respublikasının birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxış edərək qeyd olunan Fərmanın Vəkillər Kollegiyası üçün əhəmiyyəti, vəkillərin məhkəmə-hüquq islahatlarındakı rolu, islahatların həyata keçirilməsi istiqamətində görülməli tədbirlərin zərurəti barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanının ədalət mühakiməsi üçün verdiyi töhfə, son dövrlər ölkədə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlər, Bakı şəhəri və regionlarda əhalinin keyfiyyətli hüquqi yardıma çatımlılığının təmin olunması üzrə aparılan islahatlar barədə danışmışdır.

Konfransda Azərbaycan Respublikası Baş prokurorunun müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Namiq Əsgərov çıxış edərək bildirdi ki, vəkil-prokuror münasibətləri, son dövrlərdə bu münasibətlətin inkişafı və ədalət mühakiməsinin həyata keçirilməsi baxımından əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.

Tədbirin növbəti hissəsi Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Vəkilliyin məhkəmə-hüquq islahatlarında yeri və rolu” barədə çıxış etmişdir. Kollegiyanın sədri bildirmişdir ki, Vəkillər Kollegiyası tərəfindən son dövr ərzində vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən, vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir. Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb etməkdədir.

Daha sonra Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov “Hakim-vəkil münasibətlərinin deontoloji aspektləri” mövzusunda çıxış edərək qeyd etmişdir ki, məhkəmə-hüquq islahatlarında hakim-vəkil münasibətlərinin xüsusi rolu vardır və bu baxımdan qeyri-prosessual münasibətlərin yolverilməzliyi əhəmiyyət kəsb etməkdədir. O bildirmişdir ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanında bu barədə müddəaya yer verilməsi də dövlət tərəfindən bu sahəyə verilən önəmin bariz nümunəsidir.
Konfransda həmçinin Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov məlum Fərmanın təhlili ilə bağlı maraqlı çıxış etmişdir.

Konfransın ikinci hissəsində Vəkillərin İntizam Komissiyasının sədri, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədovun “Vəkillərin etik davranışı və qeyri-prosessual münasibətlərə qarşı preventiv tədbirlər” mövzusunda mühazirəsi dinlənilmişdir.

Bundan başqa, tədbirdə Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı üzrə Vəkillər Kollegiyası tərəfindən formalaşdırılmış cinayət hüququ, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə mülki hüquq üzrə İşçi Qrupun məruzəsi ilə çıxış etmişlər.

Konfrans müzakirələr ilə davam etmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO