Stef Qoris Azərbaycanın lobbiçiliyində əsas fiqur olub – OCCRP - FOTO
Macarıstanın hakim partiyası Fidesz rəsmi fondu Belçika senatoru Stef Qorisin menecerliyini etdiyi şirkətə 150 min avro ödəyib, bunun müqabilində “hüquqi araşdırma” aparmasını istəyib.
Rakus.az xəbər verir ki, ödəniş 2013-2015-ci illər ərzində Macarıstanın demokratiya öhdəliklərinə dair Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) təhqiqat zamanı həyata keçirilib.
Qoris həmin vaxt qurumun sabiq və fəxri üzvü kimi assambleyanın iclaslarına çıxışa malik olub.
Qoris 2018-ci ildə AŞPA-nın Azərbaycan hökumətindən hədiyyələr və rüşvət almaq ittihamı ilə qurumdan uzaqlaşdırılan 13 siyasətçi arasındadır.
OCCRP-nin hesabatında deyilir ki, Qoris Azərbaycanın lobbiçiliyində əsas fiqur olub. O, Azərbaycanın imicini AŞPA üzvləri qarşısında yaxşılaşdırılmasına çalışıb.
Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və onun tərfədaşları Azərbaycanın lüks mallar və Avropa siyasətçilərinə ödədikləri 2.9 milyard dollarlıq pulyuma sxemini aşkar edib. Buna cavab olaraq AŞPA təşkilat çərçivəsində təhqiqat apararaq, hesabat hazırlayıb.
Avopa Şurasına nəzarət hüququna malik olan AŞPA 47 üzv ölkədə insan haqları, demokratiya və qanunun aliliyini müdafiə edir. (Amerikanın səsi”