Bu gün UEFA Millətlər Liqasında növbəti yarımfinal görüşü keçiriləcək.
Rakus.az xəbər verir ki, bununla ikinci finalçı da müəyyənləşəcək.
Portuqaliyanın Gimaraeş şəhərində baş tutacaq qarşılaşmada Hollandiya ilə İngiltərə münasibətlərinə aydınlıq gətirəcək. Bu matçın nəticəsi turnirə ev sahibliyi edən Portuqaliyanın həlledici oyundakı rəqibini müəyyənləşdirəcək.
Bugünkü cütlüyün məğlubu isə 3-cü yer uğrunda oyunda İsveçrə ilə qarşılaşacaq.
22:45. Hollandiya – İngiltərə
Gimaraeş. “Afonso Enrike” stadionu. Baş hakim: Klemen Turpin (Fransa)