İslandiyada Türkiyə millisinə hörmətsizlik edildi - VİDEO
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11- İslandiyanın qonağı olacaq Türkiyə yığma komandası Reykyavikə yollanıb.
Rakus.az xəbər verir ki, Konyadan birbaşa reyslə İslandiyaya yollanan təyyarə 6,5 saatlıq uçuşdan sonra Reykyavik hava limanına çatıb.
Ancaq hava limanında Türkiyə millisi xoş olmayan sürprizlə üzləşib. Komanda üzləri iki saat pasport yoxlanışında gözləyib.
Burak Yılmaz və kapitan Əmrə Belözoğlu jurnalistlərə açıqlamasında etirazlarını bildirib.
Burak Yılmaz: “Etikləri hörmətsizlik və tərbiyəsizlikdir. Üç saatdır hava limanında gözləyirik. Hər kəsin çantasını aldılar. Təkrar-təkrar yoxlayırlar. Biz 6,5 saat uçmuşuq, 3 saat da burda gözləyirik”.
Əmrə Belözoğlu: “Mən nəsə demək istəmirəm. Bizim ölkəmizə qurban olsunlar. Yəqin ki, açıqlama olacaq. Təəssüf ki enəndən sonra lazımsız axtarışlar oldu”.
Əmrə müsahibə verən zaman özünü islandiyalı müxbir kimi təqdim edən şəxs mikrofon əvəzinə tualet fırçası uzadıb. 38 yaşlı yarımmüdafiəçi islandiyalı jurnalistin provakasiyasına heç bir reaksiya verməyib.
“Ay-ulduz”lu komanda uzun gözləmədən sonra avtobusla otelə yollanıb.