İdman 12.06.2019 00:54

Türkiyə uduzdu, İtaliya, Almaniya, Fransa qalib gəldi - FOTO

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV turun son 13 oyunu keçirilib.

Rakus.az xəbər verir ki, 5 qrupu əhatə etmiş qarşılaşmalar içərisində daha çox H qrupunda İslandiya – Türkiyə görüşü diqqət mərkəzində olub.

“Ay-ulduzlular” ilk 3 matçda qol buraxmadan qalib gəlsələr də, bu dəfə məğlubiyyətlə barışmalı olublar. Beləliklə, Türkiyə millisi yenə İslandiyaya səfərdə qalib gələ bilməyib.

H qrupundakı digər oyunlara gəldikdə, Fransa səfərdə Andorranı 4:0 hesabı ilə məğlub edib. Albaniya isə evdə Moldovanın qapısından 2 cavabsız top keçirib. Bu nəticələrdən sonra turnir cədvəlində Fransa, Türkiyə və İslandiya hərəyə 9 xalla ilk 3 yeri bölüşür.

Azərbaycan millisinin Slovakiyaya 1:5 hesabı ilə uduzduğu E qrupunda daha bir oyun lider Macarıstanla cəmi 3 xalı olan Uels arasında keçirilib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Macarıstan millisi qrupda vahid liderliyini davam etdirib.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina millisi isə İtaliyada hesabda önə keçsə də, hesabı qoruya bilməyib və 2 top buraxaraq uduzub – 1:2.

AVRO-2020, seçmə mərhələ

IV tur, 11 iyun

C qrupu

22:45. Almaniya – Estoniya – 8:0

Qollar: Marko Röys, 10; 37. Serj Qnabri, 17; 62. Leon Qoretska, 20. İlkay Gündoğan, 26 (penalti ilə). Timo Verner, 79. Leroy Sane, 88

22:45. Belarus – Şimali İrlandiya – 0:1

Qol: Peddi ManNeyr, 86

E qrupu

20:00. Azərbaycan – Slovakiya – 1:5

Qollar: Ramil Şeydayev, 29 – Stanislav Lobotka, 8. Yuray Kuçka, 27. Marek Hamşik, 30; 57. Davit Hantsko, 85

22:45. Macarıstan – Uels – 1:0

Qol: Mate Patkai, 80

H qrupu

22:45. İslandiya – Türkiyə – 2:1

Qollar: Raqnar Siqurdsson, 21; 32 – Dorukhan Toköz, 40

22:45. Andorra – Fransa – 0:4

Qollar: Kilian Mbappe, 11. Vissam Ben Yedder, 30. Floryan Toven, 45+1. Kurt Zuma, 60

22:45. Albaniya – Moldova – 2:0

Qollar: Sokol Çikalleşi, 66. Yulber Ramadani, 90+3

I qrupu

18:00. Qazaxıstan – San Marino – 4:0

Qollar: İslambek Kuat, 45+1. Maksim Fedin, 62. Qafurjan Suyumbayev, 65. Bauırjan İslamxan, 79

22:45. Rusiya – Kipr – 1:0

Qol: Aleksey İonov, 38

22:45. Belçika – Şotlandiya – 3:0

Qol: Romelu Lukaku, 45+1; 57. Kevin de Bruyne, 90+2

J qrupu

22:45. İtaliya – Bosniya və Herseqovina – 2:1

Qollar: Lorentso İnsinye, 49. Marko Verratti, 86 – Edin Ceko, 32

22:45. Yunanıstan – Ermənistan – 2:3

Qollar: Karlus Zeka, 54. Kostas Fortunis, 87 – Aleksandre Karapetyan, 8; Gevorq Kazaryan, 33. Tiqran Barseqyan, 74

22:45. Lixtenşteyn – Finlandiya – 0:2

Qollar: Teemu Pukki, 37. Benyamin Kelman, 57

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS