Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.
Rakus.az xəbər verir ki, buna baş tutan rəsmi və yoldaşlıq görüşləri səbəb olub. Hesabat dövründə AVRO-2020-nin seçmə oyununda Macarıstan (1:3) və Slovakiyaya (1:5) məğlub olan Azərbaycan millisi 14 xal itirib. Bu, komandamızın 2 pilləgeriləməsinə səbəb olub.
Xal hesabı 1188-ə düşən Nikola Yurçeviçin kollektivi 110-cu pilləni Bəhreynlə bölüşüb.
Millimiz və “qonşuları”
107 (102). Farer adaları – 1200
108 (107). Madaqaskar – 1198
109 (110). Zimbabve – 1192
110 (111). Bəhreyn – 1188
110 (108). Azərbaycan – 1188
112 (112). Mərkəzi Afrika Respublikası – 1184
113 (113). Namibiya – 1182
114 (116). Qazaxıstan – 1174
115 (115). Sierra Leone – 1172
Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri də yerlərini dəyişib. Xorvatiya və Uels reytinqdə geriləyibsə, millimizi Bakıda üstələyən Slovakiya ilə Macarıstanın mövqeyində irəliləyiş müşahidə olunub. Xüsusən də, macarlar 9 pilləlik sıçrayış edib.
Millimizin rəqibləri
6 (5). Xorvatiya – 1625
23 (19). Uels – 1514
31 (32). Slovakiya – 1491
42 (51). Macarıstan – 1442
Dünyanın ən güclü 10 komandasının siyahısında da müəyyən yerdəyişmələr olub. Ancaq ilk “10-luq”dakı komandalardan heç biri buranı tərk etməyib.
İlk “onluq”
1 (1). Belçika – 1746
2 (2). Fransa – 1718
3 (3). Braziliya – 1681
4 (4). İngiltərə – 1652
5 (7). Portuqaliya – 1631
6 (5). Xorvatiya – 1625
7 (9). İspaniya – 1617
8 (6). Uruqvay – 1615
9 (8). İsveçrə – 1605
10 (10). Danimarka – 1589
Qeyd edək ki, qonşu Türkiyə millisi 1467 xalla siyahıda 37-ci yerə yüksəlib. “Ay-ulduzlular” 2 addım irəliləyib.