Gündəm 14.06.2019 13:14

“Virtual Qarabağ” Google ilə tərəfdaş oldu

 

“Virtual Qarabağ” ikt gənclər ictimai birliyi ilə məşhur transmilli Google şirkətinin Google Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Rakus.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə etdiyi baylaşında bildirib.

Qeyd olunub ki, bir ildən artıq müddət ərzində qarşılıqlı yazışmalar nəticəsində əldə olunmuş razılığa əsasən, “Virtual Qarabağ” ikt gənclər ictimai birliyi Google Mədəniyyət İnstitutunun Google Arts & Culture onlayn platformasında Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri – maddi mədəni irsinə dair orjinal rəqəmsal kontentləri şəkil, audio, video, yüksək və ya ultra yüksək görüntü, panoram təsvir, 3 D model formatında yerləşdirə, nümayiş etdirə bilər, onlayn sərgilər təşkil edə bilər.

“Virtual Qarabağ” ikt gənclər ictimai birliyinin rəhbəri Nurəddin Mehdiyevin sözlərinə görə, imzalanmış müqavilə Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri – maddi mədəni irsi haqqında rəqəmsal məlumatların bütün dünyanın izlədiyi onlayn platformada nümayiş etdirilməsinə səbəb olacaq, eyni zamanda Azərbaycan və Qarabağ həqiqətlərinin dünyada obyektiv şəkildə yayılmasına tövhə verəcək. Platforma mədəniyyətimizi, muzey əsərlərimizi, mədəni irsimizi tanıtmaq imkanını yaradır.

Google Mədəniyyət İnstitutu Google şirkəti tərəfindən 2011 – ci ildə yaradılmışdır. İnstitutun Google Arts & Culture layihəsi dünya ictimaiyyətinin dünya muzeylərində yerləşdirilən yüksək keyfiyyətli şəkillərə, rəqəmsal kontentlərə çıxış əldə edə biləcəyi qlobal onlayn platformadır. Arts & Culture platforması təşəbbüsünün əsas məqsədi dünyanın müxtəlif ölkələrinin mədəni irsinin bütün dünya xalqları üçün əlçatan olması, bu irsin gələcək nəsillər tərəfindən öyrənilməsi üçün rəqəmsal formada qorunub saxlanılmasıdır.

Hazırda platformada dünyanın 40 – dan çox ölkəsinin 50 – ə yaxın böyük muzeylərinin, o cümlədən Britaniya Muzeyinin, Florensiyadakı Qalileo Muzeyinin, Nyu – Yorkdakı Yəhudi Tarixi Mərkəzinin, Varşavadakı Polşa Tarixi Muzeyinin eksponatları rəqəmsal formada nümayiş etdirilir, layihə 2000 – dən çox kiçik tərəfdaşa və minlərlə rəqəmsal sərgiyə sahibdir. Platforma İngilis, Yapon, İndoneziya, Fransız, İtalyan, Polyak və Portuqal da daxil olmaqla 18 dildə mövcuddur. İstifadəçilər bu platformada sosial media və ənənəvi onlayn ünsiyyət mexanizmləri vasitəsi ilə başqaları ilə öz incəsənət əsərlərini asanlıqla paylaşa bilərlər. Platforma incəsənət və mədəniyyət hadisələri üçün böyük platform olmaqla yanaşı təhsil, turizm, elmi araşdırmalar üçün də axtarış imkanı yaradır.

Google Mədəniyyət İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayan “Virtual Qarabağ” ikt gənclər ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015- ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2013 – cü ildə yaradılmış “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin bazasında təsis edilmiş, 31. 10. 2017 – ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

“Virtual Qarabağ” iktg ib Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər müxtəlif dillərdə ”İrəvan – gizlədilmiş həqiqətlər”, “Zəngəzur”, “Qarabağ – əcdadlarımızın mirası” sənədli filmlər ( AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi dəstəyi ilə), “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər”, “Qarabağa doğru” informativ filmi, Azərbaycanın ilk virtual muzeyi olan “Virtual Qarabağ Tarixi Muzeyi”, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı, Cəbrayıl 3D qrafik təsvirli filmlər, “Qarabağın səsi” beynəlxalq layihə, “Qarabağ atı” animasiya filmi, “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”, Qarabağ mövzusunda kiçik metrajlı infovideolar, Qarabağa dair müasir – kütləvi elktron kitabxana kimi əhəmiyyətli layihələr icra etmişdir.

 

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO