İdman 17.06.2019 22:59

Fidan Dadaşova gümüş medal qazandı - FOTO

 

İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib.

Rakus.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan yığma komandası 2 qızıl, 2 gümüş və 6 bürünc medala layiq görülüb. Yığma komandamızın heyətində Qazaxıstana yollanan “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da mükafatçılar sırasında yer alıb. Təmsilçimiz 14-15 yaşlı yeniyetmələrin yarışında gümüş medala sahib çıxıb.

“Qazaxıstan Open” turnirindən sonra karateçilərimiz Macarıstanın paytaxtı Budapeştə yollanıblar. Təmsilçilərimiz burada karate (WKF) üzrə dünya məktəblilərarası “Combat Games 2019” beynəlxalq turnirində mübarizə aparacaqlar.

İyunun 20-dək davam edəcək nüfuzlu yarışda “Judo Club 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.

Komandamız Napoli Universiadasında 21 idmançı ilə təmsil olunacaq

İyulun 3-14-də İtaliyanın Napoli şəhərində Tələbələrin XXX Yay Universiadası təşkil olunacaq. İştirakçıların sayına görə planetin ən böyük idman tədbirlərindən biri olan universiada yarışlarına bu il də böyük maraq var. 18 idman növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 8 mindən çox idmançı mübarizə aparacaq. Mötəbər idman yarışında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız Napoli Universiadasında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaq. Tələbə-idmançılarımız bu yarışlarda atletika, cüdo, qılıncoynatma, artistik gimnastika, ritmik gimnastika və taekvondo idman növlərində iştirak edəcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS