Siyasi 18.06.2019 19:20

Mahmud Məmməd-Quliyev konfransda iştirak etdi

Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfransda iştirak edib.

Rakus.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, bu gün Brüsseldə keçirilən QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfransda Azərbaycan tərəfi Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Hər iki qurumun üzvü olan və hal-hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən Bolqarıstan və Avropa İttifaqında sədrlik edən Rumıniyanın birgə təşəbbüsü əsasında keçirilən bu tədbirdə çıxış zamanı M.Məmməd-Quliyev Azərbaycanın həm QDİƏT-in üzvü olaraq, həm də Aİ ilə tərəfdaşlığı inkişaf edərək bu məkanda əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

O, Azərbaycanın QDİƏT-də başa vurduğu sədrliyinin təcrübəsinə istinad edərək, regional bağlılığın təşviqi, eləcə də nəqliyyat, informasiya texnologiyaları və enerji sahələrində əməkdaşlıq sayəsində Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirilməsi üçün çalışdığını vurğulayıb.

M.Məmməd-Quliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün bölgənin zəngin potensialından tam şəkildə faydalanması üçün əngəllər törətdiyini xüsusilə diqqətə çatdırıb.

Nazir müavini QDİƏT ölkələri üçün Aİ ilə əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin prioritet olduğunu bildirərək, bu istiqamətdə əlaqələndirilmiş fəaliyyətin vacibliyindən bəhs edib. Bu mənada, o, Azərbaycanın həm QDİƏT, həm də Aİ istiqamətində səylərini artıraraq bölgəyə sülh, sabitlik və inkişafın gətirilməsinə çalışacağını bildirib.

Eyni zamanda, Azərbaycan rəsmisi QDİƏT-Aİ əməkdaşlığının davamlılığına diqqət yetirərək, bu əməkdaşlığın konkret proqramlar və fəaliyyət planları əsasında daha strukturlaşmış şəkildə davam etdirilməsinin önəmini vurğulayıb. Hazırda daha çox vaxtaşırı xüsusiyyət daşıyan və Aİ üzv ölkəsinin QDİƏT-də sədrliyinə təsadüf edən canlanma təəssüratının gələcəkdə dayanıqlı əməkdaşlıq formatında həyata keçirilməsi vacib məsələ kimi tədbir iştirakçıları qarşısında qaldırılıb.

Bildirək ki, cari ilin 17 iyun tarixində Aİ Şurası Qara dəniz regional əməkdaşlığında Aİ-nin iştirakına dair tövsiyələri sənədini qəbul edib. Orada Aİ-nin Qara dəniz məkanındakı təhlükəsizliyə olan təhdidlərdən narahatlığı bir daha ifadə edilir və bu xüsusda beynəlxalq hüquq, o cümlədən müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət edilməsinin Aİ-nin Qara dəniz məkanında regional əməkdaşlıq yanaşmasının fundamental əsasını təşkil etdiyi vurğulanır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS